Mourinyo: “Məncə, Modriç və Bernardo Silva ilə baş verənlər Ardanın da başına gələcək
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Türkiyə futbolunun gənc ulduzu Arda Güler haqqında diqqətçəkən fikirlər səsləndirib.
Milli.Az-ın Trt Spor-a istinadən məlumatına görə, Portuqaliyalı mütəxəssis Arda Gülerə xüsusi rəğbət bəslədiyini bildirib və onun gələcək karyerası ilə bağlı maraqlı proqnoz verib.
"Onu çox sevirəm. Məncə, Modriç və ya Bernardo Silva ilə baş verənlərə bənzər bir şey onun da başına gələcək. Bir mövqedə başlayıb, başqa mövqedə karyeranızı başa vurursunuz", - deyə Mourinyo bildirib.
Baş məşqçinin sözlərinə görə, futbolçular karyeralarının gedişində mövqelərini dəyişə bilərlər:
"10 nömrə kimi başlayıb, 8 və ya 6 nömrə kimi karyeranızı başa vura bilərsiniz".
Mourinyonun Arda Güler barədə fikirləri futbol ictimaiyyətində maraq doğurub. Xüsusilə gənc futbolçunun gələcəkdə meydanda hansı mövqedə daha effektiv çıxış edəcəyi ilə bağlı müzakirələr yaranıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:148
Bu xəbər 21 Avqust 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















