Mourinyo Qalatasarayın oyunundan görüntü paylaşdı
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Türkiyə kubokunda qrup mərhələsinin 1-ci turunda ''Qalatasaray'' öz meydanında ''İstanbul BŞ'' ilə 2:2 bərabərə qaldı.
''Football-plus.az'' xəbər verir ki, oyunun son saniyələrində Batşuayi penaltidən faydalana bilmədi. Amma matça tək bu epizod damğa vurmadı. 29-cu dəqiqədə Əbdülkərim Bardakcının portuqaliyalı Migel Krespoya qarşı sərt oyunundan sonra hakim Əli Şansalanın penalti təyin etməməsi yenə böyük müzakirələrə səbəb oldu.
Oyundan sonra bu epizodla bağlı tək ''İstanbul BŞ'' yox, ''Fənərbaxça'' da paylaşım etdi. Bu gün isə bu mövzunu Joze Mourinyo da davam etdirib. Ünlü portuqaliyalı mütəxəssis 5,5 milyon təqibçisi olan ''instaqram'' səhifəsində həmin epizodun videosunu paylaşaraq ''Krespo, dostum ümid edirəm ki, yaxşısan və ayaq qoruyucun karbondandı'' ifadəsini yazıb.
Qeyd edək ki, Türkiyə çempionatının son turunda da ''Göztəpə'' ilə oyunda Torreyranın əllə oynadığı epizodda da ''Qalatasaray''ın əleyhinə aşkar penalti verilməmişdi.
ƏLİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 10 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















