Mourinyo “Real Madrid” üçün 80 milyonluq ulduzu istəyir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Portuqaliyanın “Sportinq” futbol komandasının yarımmüdafiəçisi Morten Hyulmandın adı İspaniyanın “Real Madrid” futbol klubu ilə hallanır.
İdman.Biz xəbər verir ki, məlumatlara görə, Joze Mourinyo Madrid klubuna qayıdacağı halda danimarkalı futbolçunun transferini istəyir. Portuqaliyalı mütəxəssisin “Real Madrid” rəhbərliyindən Hyulmandın alınmasını xahiş etdiyi bildirilir.
“Sportinq”in baş məşqçisi Rui Borjes bu iddialara münasibət bildirib. O, Hyulmand kimi futbolçunun “Real Madrid” və ya başqa böyük klubların maraq dairəsinə düşməsini təbii saydığını deyib.
Baş məşqçi “Real Madrid” və digər top-klubların Hyulmandla maraqlanmasını “Sportinq”də görülən işin göstəricisi kimi qiymətləndirib.
Danimarka millisinin üzvü 2023-cü ilin yayından “Sportinq”də çıxış edir. O, Portuqaliya klubuna İtaliyanın “Leççe” futbol komandasından keçib. Hyulmandın müqaviləsində sərbəstqalma məbləği 80 milyon avro (160 milyon AZN) göstərilir.
Qeyd edək ki, Mourinyonun “Real Madrid”ə qayıdışı hələ rəsmi təsdiqlənməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















