Mourinyo Şalke ilə oyuna gözü göyərmiş halda çıxıb
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Şalke" ilə yoxlama görüşündə (3:0) gözünün altının göyərməsi ilə hər kəsin diqqətini cəlb edib. Bu hadisə həm azarkeşlərin, həm də mətbuat nümayəndələrinin suallarına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə COPE nəşrinin jurnalisti Aranka Rodriges sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis xəsarəti məşq prosesi zamanı aldığını bildirib.
"Məşq zamanı top düz üzümə çırpıldı. Eynək taxmasaydım, yəqin ki, heç nə olmazdı. Vəziyyət bundan da pis ola bilərdi", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, "Şalke" ilə qarşılaşma komanda üçün rəsmi mövsümün startından əvvəl sonuncu sınaq xarakteri daşıyıb. "Kral klubu" üçün yeni mövsüm avqustun 22-də La Liqada "Espanyol"la keçiriləcək matçla başlayacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:164
Bu xəbər 17 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















