Mourinyodan "Benfika" açıqlaması: “Fənərbağça”yla səhv etdim, “Benfika” isə səviyyəmə qayıdışdır...
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Benfika” Joze Mourinyonu baş məşqçi postuna təyin edib. Lissabon təmsilçisi 62 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Bakupost.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında bunları deyib:
“Mən “Fənərbağça”nı çalışdırmaqla səhv etdim. “Benfika” isə mənim səviyyəmə qayıdışdır, çünki mənim səviyyəm dünyanın ən böyük klublarını çalışdırmaqdır”.
Qeyd edək ki, Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lageni əvəzləyib. Lage Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.

S&P Azərbaycanın inflyasiya proqnozunu azaldıb
07 Dekabr 2024 09:51
Manatın dollara qarşı məzənnəsi… “S&P”
07 Dekabr 2024 17:33
“S&P” COP29un maliyyə uğurunu alqışlayır
18 Dekabr 2024 00:37
S&Pdən manatın məzənnəsi ilə bağlı PROQNOZ
07 Dekabr 2024 10:00
Azərbaycan aliminin monoqrafiyası “Taylor & Francis” nəşriyyatında çap olunub
06 May 2025 15:12

