Icma.az
close
up
RU
Mourinyonun Fənəri, Kartalın Fənərinin gerisindədi!

Mourinyonun Fənəri, Kartalın Fənərinin gerisindədi!

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Belə görünür ki, ''Fənərbaxça''nın çempionluq həsrətinə əzəmətli Joze Mourinyo da son qoya bilməyəcək. Çünki komanda mövsümü qeyri-sabit keçirməkdə və xalları sağa-sola paylamaqda davam edir.

17-ci turun açılış oyununda İstanbul nəhəngi debütant ''Eyüpspor''un qonağı oldu. İstanbulu təmsil edən ''Eyüpspor'' tarixində ilk dəfə elitada oynamasına baxmayaraq heç də pis təsir bağışlamır. Tura 4-cü pillədə daxil olan Arda Turanın komandası iki həftə öncə səfərdə ''Qalatasaray''ı büdrətmişdi. Ona görə də ''sarı-lacivərdlilər''in işinin asan olmayacağı bəlli idi. Belə də oldu.
İlk yarıda Ahmed Kutucu və Yussef Ən-Nəsirinin qarşılıqlı qolları oyunun nəticəsini müəyyənləşdirdi. ''Fənər''in vurduğu qola çılğın şəkildə etiraz edən Arda Turan qırmızı vərəqə alaraq tribunaya göndərildi. ''Qalatasaray'' bu tur səfərdə ''Kayserispor''u yenəcəyi təqdirdə zirvədə xal fərqi 8-ə yüksələcək! Evdə pis-yaxşı xalları toplamağı bacaran ''Fənər'' səfərdəki xal itkilərinə isə bir çarə tapa bilmir. Komanda superliqada son 5 səfər oyununda 7 xal itirib (2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət). Mourinyonun komandası açıq-aşkar hər göstəricidə İsmayıl Kartalın ötən mövsümkü komandasından geridədi! ''Fənərbaxça'' bu mövsüm 16-cı turu 36 xal, 40 qol göstəriciləri ilə tamamladığı halda ötən mövsüm 16-cı turdan sonra komandanın aktivində 43 xal və 44 qol var idi! 2023/24-də komanda bütün mövsüm ərzində cəmi 15 xal itirmişdisə, bu mövsüm artıq ilk 16 turda 12 xal itirilib. Bundan başqa Mourinyo üst pillələrdə qərarlaşan rəqibləri məğlub etməyin yolunu heç cür tapa bilmir.
''Eyüpspor''la qarşılaşmadan sonra ortaya maraqlı bir görüntü çıxdı. Belə ki, ''Fənər'' hazırda turnir cədvəlinin ilk 6 pilləsində qərarlaşan rəqiblərin heç birini məğlub edə bilməyib! Belə ki, ''Qalatasaray'' (1:3) və ''Beşiktaş''la (0:1) oyunlarda məğlubiyyətlər, ''Samsunspor'' (2:2), ''Göztəpə'' (2:2) və ''Eyüpspor''la (1:1) oyunlarda bərabərliklər qeydə alınıb.
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2024 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri