Icma.az
close
up
RU
Mövcud çətinliklər sistemli tədbirlərlə uğurla həll olunur

Mövcud çətinliklər sistemli tədbirlərlə uğurla həll olunur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qlobal iqlim dəyişikləri fonunda qeyri-sabit keçən havanın və intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi təsadüfi deyildi. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. Deputat qeyd edib ki, müşavirədə icrası uğurla həyata keçirilən layihələr, eləcə də nəzərdə tutulan tədbirlər ətraflı müzakirə olundu, ölkə başçısı tərəfindən mövcud problemlərin həlli üçün konkret tapşırıqlar verildi. 

Şübhəsiz ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər son iyirmi ildə Azərbaycanda aparılan ardıcıl infrastruktur siyasətinin nəticələrini əks etdirirdi. Dövlət başçısı Bakı və Abşeron yarımadasında su təminatının artıq qısamüddətli deyil strateji və uzunmüddətli yanaşma tələb etdiyini xüsusi vurğulamaqla enerji və qaz sahələrində də  əsas problemlər həll edildiyi vurğuladı. Prezident bəyan etdi ki, Azərbaycan bu gün həm elektrik enerjisi, həm də təbii qaz ixrac edən ölkə kimi mövqeyini möhkəmləndirib. Yol və nəqliyyat infrastrukturu, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Su təhlükəsizliyi də əsas prioritet istiqamətdən biridir. Son illərdə inşa edilən iri su anbarları və Ceyranbatan su anbarının yenidən qurulması Bakının və bölgələrin su təminatında mühüm rol oynayır. Azad edilmiş ərazilərdə su infrastrukturunun bərpası isə həm iqtisadi, həm də milli təhlükəsizlik baxımından əhəmiyyətlidir.

Ölkəmizin başçısı iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının qorunmasının, itkilərin azaldılmasının və müasir idarəetmənin vacibliyini qeyd etdi. Bu məqsədlə 2035-ci ilə qədər icrası nəzərdə tutulan Bakı–Abşeron Su Təchizatı Dövlət Proqramı dayanıqlı içməli su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir. Prezident vacib bir məqama toxunaraq bildirdi ki, Bakıda kanalizasiya və yağış sularının idarə olunması hələ də ciddi problem olaraq qalır və leysan yağışları şəhərdə ciddi çətinliklər yaradır. Bu səbəbdən 30 küçədə yeni kollektor şəbəkəsinin qurulması planlaşdırılır ki, bu da yağışların yaratdığı fəsadları azaldacaq.

Deputat yekun olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər göstərirdi  ki, su məsələsi artıq sadəcə kommunal problem deyil. Eyni zamanda  milli təhlükəsizlik,  əhalinin rifahı ilə birbaşa bağlı strateji sahədir. Qarşıya qoyulan əsas məqsəd mövcud resurslardan səmərəli istifadə etməklə dayanıqlı su təminatını təmin etməkdir. Əminliklə demək olar ki, dünyanın istənilən ölkəsində mövcud olan çətinliklər Azərbaycanda sistemli tədbirlər nəticəsində uğurla həll olunur. Ölkə başçısının sədrliyi ilə keçirilən müşavirə də bu məqsədə xidmət edirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Yanvar 2026 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri