MOVE: 2040cı ilə qədər Orta Dəhlizlə illik daşınma 1,3 milyon TEU ola bilər Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa, Qafqaz və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat əlaqələri inkişaf etdirilməlidir.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Baş Hərəkət və Nəqliyyat Müdirliyinin (MOVE) baş direktorunun müavini Maja Bakran Marciç COP29 çərçivəsində təşkil olunmuş "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda nazirlərin dəyirmi masasında bildirib.
"Rusiya-Ukrayna müharibəsi buna əlavə aktuallıq gətirib. Ümumi uzunluğu təqribən 2 000 km olan Orta Dəhliz Şimal Dəhlizindən qısadır və nəqliyyat müddətini qısaltmaqla həqiqətən də real alternativ olmaq potensialına malikdir. Dəhliz vasitəsilə yüklərin daşınan yüklərin həcmi son 6 ildə 3 dəfə, müharibədən sonra isə 2 dəfə artıb", - deyə o qeyd edib.
Qonaq əlavə edib ki, ümumilikdə prioritet infrastruktur investisiyaları üçün təxminən 18,5 milyard avro lazımdır: "İndi yalnız 5 Mərkəzi Asiya ölkəsindən danışıram. Bu sərmayə ilə 2040-cı ilə qədər Orta Dəhlizdə təxminən 1,3 milyon TEU həcminə çatacağımızı proqnozlaşdırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 20 Noyabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















