Icma.az
close
up
RU
Mövsümi meyvələr niyə bahadır?

Mövsümi meyvələr niyə bahadır?

525.az saytına istinadən Icma.az xəbər verir.

Yay fəsli olmasına baxmayaraq, bu gün bazarlarda satılan mövsümi meyvələrin qiyməti od tutub yanır. Xüsusən də ərik, gilas, albalı kimi meyvələrin qiyməti çox bahadır.  Mütəxəssislərin fikrincə, qiymət artımına bir neçə amil təsir göstərir. Havaların yağıntılı keçməsi, bəzi rayonlarda baş verən daşqınlar məhsuldarlığa ciddi təsir edib. Bu da mövsümi meyvələrin bahalaşmasına səbəb olub. Bununla yanaşı, istehsal və daşınma xərclərinin artması, eləcə də məhsulun bir hissəsinin ixraca yönəldilməsi daxili bazarda qiymətlərin yüksəlməsinə təsir edən əsas amillər sırasındadır.

İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, ölkənin meyvə-tərəvəz bazarında müşahidə olunan qiymət artımı bir sıra amillərlə bağlıdır. Bura dünyada baş verən proseslərin təsirləri də var. Çünki meyvə-tərəvəz bazarındakı məhsulların böyük hissəsinin yerli məhsul olmasına baxmayaraq, idxalın payı yenə də yüksəkdir: "Ən azından gübrə təsərrüfatındakı vəziyyətə nəzər salsaq, bunu görərik. Bununla yanaşı, kredit resurslarına çıxış imkanlarındakı çətinliklər, qiymətlərin yüksək olması öz təsirini göstərir. Kənd təsərrüfatı istehsalçılarının birbaşa satış bazarlarına çıxmasındakı çətinliklər də bazardakı qiymətlərə təsir göstərir".

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, mövsümi meyvələrin bahalaşmasının əsas səbəblərindən biri hava şəraiti ilə bağlıdır: "Hava şəraitinin qeyri-sabit keçməsi məhsuldarlığa mənfi təsir göstərib və nəticədə məhsulun həcmi azalıb. Bu da qiymətlərin artmasına səbəb olan əsas amillərdən biridir. İkinci səbəb Azərbaycanın daha çox ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalına üstünlük verməsidir. Dövlətin təşviq siyasəti də bu istiqamətdədir. İxrac artdıqca daxili bazarda məhsul təklifi azalır. Təklifin azalması isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Üçüncü səbəb isə ümumi qiymət artımıdır. Fermer görür ki, yanacağın, yemin və digər istehsal xərclərinin qiyməti bahalaşır. Bu səbəbdən o da öz məhsulunu daha yüksək qiymətə satmağa çalışır. Bu, bazar iqtisadiyyatı baxımından normal və gözlənilən haldır. Bütün bu amillər bir araya gəldikdə daxili bazarda mövsümi meyvələrin qiymətinin artması qaçılmaz olur".

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, intensiv yağışlar əkinçilik sahəsinə müsbət təsir göstərsə də, eyni sözləri bağçılığa aid etmək mümkün deyil. Yağıntıların ağacların çiçəkləmə və tozlanma kimi erkən inkişaf mərhələlərinə təsadüf etməsi ciddi fəsadlar yaradır: "Hava şəraitinin bu cür keçməsi fermerlərin aqrotexniki qulluq, xüsusən də dərmanlama xərclərini kəskin artırır. Çünki ağaclara çilənən preparatların yağış suları ilə yuyulması yenidən dərmanlama zərurəti yaradır. Meyvə-tərəvəzin məhsuldarlığı iqlim şəraitindən, yağıntının miqdarından və vegetasiya dövründə müşahidə olunan hava şəraitindən birbaşa asılıdır. Cari ilin qiymətlərini ötən illə müqayisə edərək qiymət fərqini izah etmək üçün bazara çıxarılan məhsulun həcminin təhlil edilməsi vacibdir. Əgər əvvəlki illə müqayisədə bu il bazara həmin meyvə və ya tərəvəzdən daha az məhsul çıxarılıbsa, qiymətlərin yüksək olması təbii haldır. Çünki meyvə-tərəvəz qiymətləri bazar tərəfindən tənzimlənir və bu sahədə birbaşa inzibati və ya iqtisadi müdaxilə yoxdur. İkinci mühüm amil istehsal xərclərinin artmasıdır. Ötən illə müqayisədə meyvə-tərəvəzin yetişdirilməsi və daşınması ilə bağlı xərclər yüksəlib. Məhsulun regionlardan Bakıya daşınması bahalaşıb, eyni zamanda işçi qüvvəsinə çəkilən xərclər və digər istehsal məsrəfləri də artıb. Meyvənin növündən asılı olaraq vegetasiya dövründə yağıntı, dolu, şaxta, güclü külək və digər təbiət hadisələri məhsuldarlığa müxtəlif dərəcədə təsir edir. Nəticədə bəzi meyvələrin qiymətində kəskin bahalaşma, bəzilərində isə əksinə, ucuzlaşma müşahidə oluna bilər".

X.Kərimli bildirib ki, bütün bunlara rəğmən, qeyd olunan proseslərin ölkədə kəskin meyvə-tərəvəz qıtlığına səbəb olacağını demək doğru deyil. Ölkə ərazisinin fərqli iqlim qurşaqlarında yerləşməsi səbəbindən yağıntıların düşmə dövrü və intensivliyi regionlar üzrə dəyişir. Buna görə də qlobal qıtlıqdan deyil, sadəcə müəyyən meyvə növlərində məhsuldarlığın aşağı düşməsi fonunda bazarda təklifin azalmasından danışmaq olar. Xüsusilə erkən yetişən alça, gilas, ərik, bəzi şaftalı növləri, eləcə də alma və armud kimi məhsullarda təklif azlığı müşahidə edilə bilər ki, bu da qiymətlərin bazarda nisbətən baha formalaşması ilə nəticələnib.

İqtisadçı ekspert Akif Nəsirli də mövsümi meyvələrin qiymətlərinin əvvəlki illərlə müqayisədə daha yüksək olmasını qeyri-sabit hava şəraiti və intensiv yağıntılarla əlaqələndirib. Yaz və yay aylarında müşahidə olunan normadan artıq yağışlar bir çox bölgələrdə meyvə ağaclarının çiçəklənmə və tozlanma prosesinə mənfi təsir göstərib. Nəticədə məhsuldarlıq azalıb, bəzi hallarda isə güclü yağış və dolu birbaşa məhsul itkisinə səbəb olub: "Son illərdə iqlim dəyişikliklərinin təsiri kənd təsərrüfatında daha aydın hiss olunur. Temperatur dəyişiklikləri, uzunmüddətli yağıntılar və hava şəraitinin qeyri-sabitliyi meyvələrin yetişmə dövrünü dəyişdirir. Bu isə bazarda təklif və tələbin tarazlığını pozur. Məhsulun həcmi azaldıqda bazara çıxarılan meyvənin miqdarı da aşağı düşür və nəticədə qiymətlər yüksəlir. Xüsusilə tez xarab olan mövsümi meyvələrdə bu proses daha qabarıq şəkildə özünü göstərir. Qiymət artımına təsir edən digər mühüm faktor isə istehsal və logistika xərclərinin yüksəlməsidir. Son dövrlərdə nəqliyyat xidmətlərinin bahalaşması, yanacaq xərclərinin artması və məhsulun bölgələrdən bazarlara daşınması üçün tələb olunan əlavə vəsait son satış qiymətinə təsir göstərir. Fermerlər və topdansatışçılar artan xərcləri qarşılamaq üçün məhsulu daha yüksək qiymətə satmağa məcbur qalırlar. Bundan əlavə, gübrələrin, pestisidlərin, suvarma avadanlıqlarının və digər kənd təsərrüfatı vasitələrinin qiymətindəki artım da məhsulun maya dəyərini yüksəldir. Bu məhsulların bir hissəsinin idxaldan asılı olması dünya bazarlarında baş verən qiymət dəyişikliklərinin yerli bazara da təsir etməsinə səbəb olur. Eyni zamanda kənd təsərrüfatında işçi qüvvəsinin qiymətinin artması, məhsulun yığılması və saxlanılması ilə bağlı əlavə xərclər də yekun qiymətin formalaşmasında mühüm rol oynayır".

Ekspert qeyd edib ki, iqlim dəyişikliklərinin təsiri yaxın illərdə də davam edə bilər. Buna görə kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi, iqlimə davamlı sortların yetişdirilməsi və fermerlərə dəstək mexanizmlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər həm məhsuldarlığın qorunmasına, həm də bazarda qiymət sabitliyinin təmin olunmasına kömək edə bilər: "Bu il mövsümi meyvələrin bahalaşması təkcə hava şəraiti ilə deyil, həm də istehsal, nəqliyyat, logistika və əmək xərclərinin artması ilə bağlıdır. Bütün bu amillərin birgə təsiri nəticəsində bazarda təklif azalır, maya dəyəri yüksəlir və son nəticədə istehlakçılar meyvələri daha yüksək qiymətə almaq məcburiyyətində qalırlar".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri