Icma.az
close
up
RU
Mövsümi viruslar niyə artır və nə zaman həkimə müraciət edilməlidir? Pediatr AÇIQLADI

Mövsümi viruslar niyə artır və nə zaman həkimə müraciət edilməlidir? Pediatr AÇIQLADI

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son zamanlar virus infeksiyalarının kəskin yayılması müşahidə olunur. Ancaq burada söhbət tək bir virusdan getmir. Kəskin respirator virus infeksiyaları (KRVİ) adlandırılan və onlarla müxtəlif virusu əhatə edən xəstəliklərdən danışırıq. Hazırda hava-damcı yolu ilə yayılan bu viruslar xüsusilə qapalı məkanlarda, bağçalarda, məktəblərdə və digər qapalı mühitlərdə sürətlə yayılır. Bu isə hər il rast gəlinən, mövsümi xarakter daşıyan bir haldır. Havaların soyuması və mövsüm keçidləri ilə əlaqədar olaraq viruslar aktivləşir, burada qeyri-adi bir vəziyyət yoxdur".

Bu sözləri Redaktor.az-a açıqlamasında pediatr Şəlalə Poluxova son zamanlarda geniş yayılan xəstəliklərdən danışarkən bildirdi.

Onun sözlərinə görə, mövsüm keçidləri zamanı immun sistem də nisbətən zəifləyir:

"Eyni zamanda insanlar daha çox qapalı məkanlarda vaxt keçirdiyi üçün yoluxma halları sürətlənir və xəstəliklər insanlar arasında daha tez yayılır. Uşaqları qorumaq üçün ilk növbədə gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Körpə yaşlarından uşaqlara əllərin yuyulması vərdişi aşılanmalıdır. Uşağın vaxtında yatıb-durması, normal yuxu rejiminin olması çox vacibdir. Balanslı qidalanma xüsusi əhəmiyyət daşıyır. Vitamin və minerallarla zəngin, mövsümə uyğun meyvə-tərəvəzlər, çərəzlər, qoz, süd məhsulları və probiotiklərlə zəngin qidalar (bağırsaq florası üçün faydalı olan) gündəlik rasionda yer almalıdır. Bunlar immun sisteminin əsas dayaqlarıdır. Bundan əlavə, peyvəndlər vasitəsilə də qorunmaq mümkündür. Xüsusilə influenza virusunu vurğulamaq istərdim. Bu, əsl qrip virusudur və influenza A, B olmaqla iki əsas növü var. Mövsümi olaraq insan hər il payız aylarında bu peyvənd olunduğu halda, uşaqlar ya qripə yoluxmur, ya da xəstəliyi yüngül keçirir. Çünki influenza virusu ağır keçən, yüksək və düşməyən hərarət, günlərlə davam edən qızdırma və ciddi ağırlaşmalarla müşahidə olunan bir infeksiyadır".

Müsahibimizin sözlərinə görə, mövsümi qrip peyvəndi vasitəsilə uşaqları influenza virusundan qorumaq mümkündür:

"Ümumiyyətlə, virus infeksiyalarında oxşar klinik əlamətlər müşahidə edilir: yüksək hərarət, boğaz ağrısı, halsızlıq, iştahsızlıq və s. Əgər uşaq kifayət qədər maye qəbul etmirsə (xüsusilə iki yaşa qədər uşaqlarda bu çox önəmlidir), qızdırma salıcı dərmanlara baxmayaraq hərarət düşmürsə və ya dirəncli qızdırma müşahidə olunursa, uşaq çox halsız və süstdürsə, bu hallarda üç günü (72 saatı) gözləmədən mütləq həkimə müraciət olunmalıdır. Xüsusilə iki yaşa qədər uşaqlarda maye qəbulu kifayət deyilsə, qızdırma 40 dərəcəyə qədər yüksəlirsə və düşmürsə, yaxud düşdükdən 2-3 saat sonra yenidən qalxırsa, bu vəziyyət dirəncli qızdırma hesab olunur və diqqətdən kənarda qalmamalıdır. Öskürək boğucu xarakterlidirsə, xüsusən körpə yaşlı uşaqlarda bu əlamətlər mütləq nəzərə alınmalıdır. Qızdırma düşsə belə, uşaq süstdürsə, kefsizdirsə, maye qəbulu və iştahı zəifdirsə, bu halda da 72 saatı gözləmədən, ilk əlamətlərdən etibarən həkimə müraciət etmək tövsiyə olunur. Əlbəttə, nə qədər tez, bir o qədər yaxşıdır".

Həkim əlavə etdi ki, uşağın qızdırması çox yüksək deyilsə (yəni 39-40 dərəcəyə qalxmır), 38-38,5 dərəcə civarındadırsa, burun axıntısı varsa, hərarətsalıcı dərman verdikdən sonra qızdırma düşürsə və uşaq özünü yaxşı hiss edirsə, yemək yeyir, maye qəbul edir, oynayırsa və ya məktəb yaşlı uşaq gündəlik fəaliyyətini davam etdirə bilirsə, bu, adətən qorxulu vəziyyət sayılmır.

"Lakin buna baxmayaraq valideyn mütləq uşağı yaxından müşahidə etməlidir. Qızdırmanın qalxma intervalları burada xüsusi əhəmiyyət kəsb edir. Əgər qızdırma 6-8 saatdan bir qalxır, dərmanla düşürsə, bu halda 72 saat müşahidə etmək olar. Ancaq 72 saatdan sonra qızdırma intervalları uzanmalı və hərarət tədricən azalmalıdır. Əgər qızdırma 72 saatdan çox davam edərsə, bu zaman da mütləq həkimə müraciət olunmalıdır", - deyə Şəlalə Poluxova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Dekabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri