Mövsümün ilk yarısının yükünü kimlər çəkib? Hakimliyin mənzərəsi
Fanat saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasında 16 tur geridə qalıb. Keçirilən 95 oyunda ("Qəbələ" - "Turan Tovuz" görüşləri təxirə salınıb) 14 baş hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Kamal Umudlu, Tural Qurbanov, Fərid Hacıyev, Cavid Cəlilov və Əli Əliyev oyun idarə edib. Beləliklə, Əliyar Ağayev liderliyini qoruyub. Baxmayaraq ki, Fərid Hacıyevlə Cavid Cəlilov qış fasiləsi ərəfəsində son turda iş başında olublar. Əliyar Ağayev 16 tur ərzində 10 oyuna baş hakim kimi çıxıb. 9-cu təyinatını alan Hacıyevlə Cəlilov isə liderin ən yaxın izləyicisidir.
On altı turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.
On altıncı turda hakimlər cəmi 25 vərəqədən istifadə ediblər. Bu turda futbolçulardan qırmızı vərəqə alan olmayıb.
Hakimlər 25 vərəqədən 16-nı meydan sahiblərinə, cəmi 9-nu isə qonaq komandanın oyunçularına göstəriblər.
Beləliklə, 16 turun yekununda sarı vərəqə sayı 378-ə çatıb. Mövsümün ilk yarısı ərzində 11 futbolçu "qırmızı" alıb. Nəticədə ümumi vərəqə sayı 389-a bərabər olub. Bu da hər oyuna orta hesabla 4,09 vərəqə deməkdir.
On altı tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 59 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 37 vərəqədən yararlanan Tural Qurbanov təqib edir.
Əliyar Ağayev - 10 oyun
meydan sahibi 24 sarı 3 qırmızı
qonaqlar 31 1
cəmi: 55 4
Fərid Hacıyev - 9 oyun
meydan sahibi 21 1
qonaqlar 10 0
cəmi: 31 1
Cavid Cəlilov - 9 oyun
meydan sahibi 12 0
qonaqlar 18 0
cəmi: 30 0
Tural Qurbanov - 8 oyun
meydan sahibi 19 1
qonaqlar 17 0
cəmi: 36 1
Rəvan Həmzəzadə - 8 oyun
meydan sahibi 16 0
qonaqlar 16 1
cəmi: 32 1
Rauf Cabarov - 8 oyun
meydan sahibi 13 0
qonaqlar 16 1
cəmi 29 1
Rəşad Əhmədov - 7 oyun
meydan sahibi 12 0
qonaqlar 23 0
cəmi: 35 0
Kamal Umudlu - 7 oyun
meydan sahibi 16 3
qonaqlar 15 0
cəmi: 31 3
Elçin Məsiyev - 7 oyun
meydan sahibi 14 0
qonaqlar 15 0
cəmi: 29 0
İnqilab Məmmədov - 6 oyun
meydan sahibi 9 0
qonaqlar 16 0
cəmi: 25 0
Kamranbəy Rəhimov - 6 oyun
meydan sahibi 7 0
qonaqlar 14 0
cəmi: 21 0
Əli Əliyev - 4 oyun
meydan sahibi 8 0
qonaqlar 8 0
cəmi: 16 0
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















