MPL: İmişli baş məşqçisiz Qəbələ yə qarşı, Kəpəz Şamaxı nı sınağa çəkir
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Misli Premyer Liqasında 4-cü tur başlayır
Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə 2 oyun keçiriləcək.
Açılış oyunu Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi "İmişli"ni qonaq edəcək. "Qırmızı-qaralar" matça baş məşqçisiz çıxacaq. Belə ki, "Qəbələ" ardıcıl üç oyundakı qələbəsizlik və qolsuzluq seriyasından sonra postunu təhvil verməli olub.
Günün növbəti qarşılaşması isə Gəncədə təşkil olunacaq. "Kəpəz" doğma azarkeşləri önündə "Şamaxı"nı sınağa çəkəcək.
Qeyd edək ki, tur çərçivəsində “Sabah” – “Zirə” və “Neftçi” – “Şəfa” oyunları 5 sentyabrda, “Turan Tovuz” – “Sumqayıt” və “Qarabağ” – “Araz-Naxçıvan” görüşləri isə ayın 6-da təşkil olunacaq.
Misli Premyer Liqası
4-cü tur
4 sentyabr
“Qəbələ” – “İmişli”
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ şəhər stadionu, 18:00.
“Kəpəz” – “Şamaxı”
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
VAR: Nicat İsmayıllı.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu, 20:15.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Sentyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















