Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Azərbaycanda dollara tələbat azalıb

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

MS artıq liderdən 6 xal geri qalır

MS artıq liderdən 6 xal geri qalır

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

20-ci tur maraqlı oyunlara səhnə oldu.

"Football-plus.az" xəbər verir ki, lider “Arsenal” “Bornmut” üzərində əzmkar qələbə qazandı.
Turun mərkəzi oyununda “Mançester Siti” ilə baş məşqçisiz qalan “Çelsi” qarşılaşdı. Bu oyunda məhsuldar heç-heçə qeydə alındı, “zadəganlar”ı uzatma dəqiqələrində Fernandes xilas etdi. “Fulhem” – “Liverpul” oyununda 4 qol vuruldu, amma qalib bəlli olmadı. Elə “Lids”lə “Mançester Yunayted” də hərəyə 1 xalla kifayətləndi.
“Arsenal” 2-ci dövrəyə qələbə ilə başladı. Düzdü, “Bornmut” “topçular”a layiqincə müqavimət göstərdi. Oyun Artetanın komandası üçün pis başladı. Artıq 10-cu dəqiqədə Qabrielin kobud səhvindən yararlanan Evanilson “albalılar”ı irəli çıxardı. Amma elə həmin Qabriel 6 dəqiqə sonra səhvini düzəltdi. Ardından londonlular “1 nömrə” kimi oynamağa çalışsalar da, onların hücum əməliyyatları yetərincə kəskin deyildi. 2-ci hissənin əvvəlində Rays “Arsenal”ı sevindirdi. Qonaqlar bununla kifayətlənmədi, Rays dubl etməklə fərqi artırdı. İnsafən, “Bornmut”un futbolçuları əlini yanına salmadı, hətta Krupi 77-ci dəqiqədə intriqanı bərpa etdi. Ancaq məğlubiyyətdən qaçmaq mümkün olmadı.
Meydana liderlərə yaxınlaşmaq niyyəti ilə çıxan “Liverpul” bunu bacarmadı. Rəqibin start təzyiqi dəf edən “Fulhem” 17-ci dəqiqədə hesabı açdı. “Qırmızılar” bu qolun əvəzini 57-ci dəqiqədə çıxdı. Hesab bərabərləşəndən sonra ruhlanan qonaqlar təzyiqi bir qədər də artırdı. Sonluq hədsiz dramatik alındı. Qakpo 90+4-cü dəqiqədə mersisaydlıları irəli çıxarsa da, 90+7-ci dəqiqədə topu “9-luğ”a göndərən Rid “bağbanlar”a xal qazandırdı.
“Lids” – “Mançester Yunayted” duelində qalib müəyyənləşmədi. İlk yarıda ən real qol vəziyyətini meydan sahibləri yaratdı. Ancaq Kalvert-Lüinin zərbəsindən sonra top dirəkdən qayıtdı. 2-ci hissənin əvvəlində də Farkenin komandası rəqiblə müqayisədə daha yaxşı təsir bağışladı və saatın tamamında hesabı açdı. Düzdü, meydan sahiblərinin üstünlüyü uzun sürmədi. Mankunianlar yenicə meydana çıxan Zirkzeenin assistentliyi və Kunyanın qolu ilə hesabı bərabərləşdirdi. Sonluq çox qarışıq alındı. Komandaların hər biri ikinci qolu vura bilərdi.
Hər halda, heç-heçə bu oyunun qanunauyğun nəticəsidi. “Lids” çempionatda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırdı, ciddi kadr problemləri yaşayan MY isə 6-cı yerdə qaldı. Dünən klub rəhbərliyi Ruben Amorimi istefaya göndərdi.
Mareska ilə vidalaşan “Çelsi”nin Mançesterdən yaxşı nəticə ilə dönəcəyinə inananların sayı az idi.
Londonlular meydana indiyə qədər böyüklərin futbolunda çalışmayan Kalum Makfarleynin rəhbərliyi altında çıxdı. İlk yarıda rəqib qapısı önündə hədsiz çox təhlükəli vəziyyət yaradan “Siti” yalnız bir qol vura bildi. Təbii ki, Qvardiolanın komandası 2-ci hissədə növbəti qolu mümkün qədər tez vurmaqla əsəbi sonluqdan xilas olmaq istəyirdi. Ancaq “şəhərlilər”in hücumları əvvəlki qədər kəskin deyildi. “Çelsi” isə uzatma dəqiqələrində yaxaladığı şansı boşa vermədi. “Zadəganlar” üçün “Etihad”da heç-heçə birmənalı şəkildə uğurdu. 2026-ya iki heç-heçə ilə başlayan “Siti” isə artıq liderdən 6 xal geri qalır.
Turun qalan oyunlarına gəlincə, “Tottenhem” evdə “Sanderlend”lə heç-heçə etdi. Gözlənilmədən “Vest Hem”i darmadağın edən “Vulverhempton” mövsümdə ilk qələbəsini qazandı. “Nottingem Forest”i məğlub edən “Aston Villa” da azarkeşlərini sevindirdi. “Nyukasl” “Kristal Pelas”ı, “Brayton” “Bernli”ni iki cavabsız qolla məğlub etdi. Turun ən məhsuldar oyunu “Everton”la “Brentford” arasında reallaşdı. “Arılar” meydandan 4:2 hesablı qələbə ilə ayrıldı.
20-ci tur
Bornmut – Arsenal 2:3

Evanilson, 10. Krupi, 77 – Qabriel, 16. Rays, 54; 71. (11240)
Arsenal: Rayya, Timber, Saliba, Qabriel, İnkapye, Edeqor (Merino, 80), Subimendi, Rays, Madueke (Saka, 67), Dyökereş (Jezus, 66), Martinelli (Trossar, 67).
Mançester Siti – Çelsi 1:1
Reynders, 42 – Fernandes, 90+4. (53490)
MS: Donnarumma, Nunyeş, Diaş (Ake, 81), Qvardiol (Xusanov, 51), O’Rayli, B.Silva, Rodri, Reynders (Dokyu, 70), Şerko, Foden, Holann.
Çelsi: Yorgensen, Açimponq (Hato, 62), Çaloba, Badyaşil, Hüsto, Estevao (Santos, 46), Fernandes, Ceyms, Palmer, Neto, Pedro (Delap, 62).
Fulhem – Liverpul 2:2
Uilson, 17. Rid, 90+7 – Virts, 57. Qakpo, 90+4. (27547)
Liverpul: Alisson, Bredli, Van Diyk, Konate, Kerkez, Qravenberx, Cons (Kyeza, 85), Soboslai, Makallister, Virts (Frimponq, 76), Qakpo (Qomes, 90+6).
Lids – Mançester Yunayted 1:1
Eronson, 62 – Kunya, 65. (36909)
MY: Lammens, Yoro (Zirkzee, 64), Heven, Martines, Dalot, Kazemiro, Uqarte, Şou, Dorqu, Kunya, Şeşko.
Aston Villa – Nottingem Forest 3:1
Uotkins, 45+1. Makqinn, 49; 73 – Gibbs-Uayt, 61. (43039)
Brayton – Bernli 2:0
Rütter, 29. Ayyari, 47. (31373)
Vulverhempton – Vest Hem 3:0
Arias, 4. Hi Çan Hvan, 31-p. Mane, 41. (29874)
Nyukasl – Kristal Pelas 2:0
Gimarayns, 71. Tiav, 78. (51979)
Tottenhem – Sanderlend 1:1
Devis, 30 – Brobbi, 81. (60877)
Everton – Brentford 2:4
Betu, 66. Barri, 90+1 – Tyaqo, 11; 51; 88. Kollinz, 50. (51215)
1. Arsenal 20 15 3 2 40-14 48
2. Mançester S. 20 13 3 4 44-18 42
3. Aston Villa 20 13 3 4 33-24 42
4. Liverpul 20 10 4 6 32-28 34
5. Çelsi 20 8 7 5 33-22 31
6. Mançester Y. 20 8 7 5 34-30 31
7. Brentford 20 9 3 8 32-28 30
8. Sanderlend 20 7 9 4 21-19 30
9. Nyukasl 20 8 5 7 28-24 29
10. Brayton 20 7 7 6 30-27 28
11. Fulhem 20 8 4 8 28-29 28
12. Everton 20 8 4 8 22-24 28
13. Tottenhem 20 7 6 7 28-24 27
14. Kristal Pelas 20 7 6 7 22-23 27
15. Bornmut 20 5 8 7 31-38 23
16. Lids 20 5 7 8 26-33 22
17. Nottingem Forest 20 5 3 12 19-33 18
18. Vest Hem 20 3 5 12 21-41 14
19. Bernli 20 3 3 14 20-39 12
20. Vulverhempton 20 1 3 16 14-40 6
Bombardirlər: Holann (MS) – 19, Tyaqo (Brentford) – 14, Semenyo (Bornmut) - 9.
Turun rəqəmi
15 – MY-nin səfərdə ardıcıl qol buraxdığı oyunların sayı bu həddə çatdı. Klub premyer-liqa yaranandan bəri ilk dəfə belə aqibətlə üzləşir. Əvvəlki belə uğursuz seriya 1985-ci ilin sentyabrından 1986-cı ilin aprelinə qədər davam edib.
Turun ulduzu
İqor Tyaqo (Brentford) – braziliyalı hücumçu het-trik etməklə komandasının qəhrəmanı oldu. Bu, onun premyer-liqadakı ilk het-trikidi. Buna qədər cari mövsümdə üç dublu var idi. Tyaqo eyni templə davam edərsə, Holanna “əlcək ata” bilər.
Turun sitatı
Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi:

“Ruben Amorimin onu bu vəzifəyə təyin edənləri şübhə altına almaqla bağlı heç bir hüququ yoxdu. Ruben MY-nin baş məşqçisi olmaq üçün yetərincə yaxşı deyil. Hətta deyərdim ki, premyer-liqada menecer olmağa yaramır”.


Faktlar
* “Vulverhempton” ilk yarıda “Vest Hem”in qapısından üç cavabsız qol keçirdi. Halbuki “canavarlar” ilk 19 turda cəmi 11 qol vurmuşdu.
* Qabriel “Arsenal”ın premyer-liqadakı ən məhsuldar müdafiəçisi olmağa yaxındı. 2020-ci ildə bu komandaya keçən braziliyalı artıq 20 qol vurub. Yalnız bir müdafiəçi “topçular”ın heyətində premyer-liqada daha çox fərqlənib. Fransalı Kosyelninin hesabında 22 qol var.
* Saka “Arsenal”ın premyer-liqadakı 105 qolunda iştirak edib. 24 yaşlı vinger bu göstəricidə Fabreqasla bərabərləşdi. Yalnız beş futbolçu daha çox qolda iştirak edib: Anri (249), Berqkamp (181), Van Persi (135), Rayt (123), Uolkott (108).
* “Arsenal” 20 turdan sonra 48 xala malikdi. Bu komanda premyer-liqa təsis olunandan bəri yalnız bir dəfə bundan artıq xal toplayıb. 2022/23 mövsümündə 20 turdan sonra “topçular”ın hesabında 50 xal var idi.
* “Lids” premyer-liqada məğlubiyyətsiz oyunlar seriyasını 7-yə (2 qələbə, 5 heç-heçə) çatdırdı. Bu, komandanın 2001-ci ildən bəri ən yaxşı seriyasıdı. Onda “Lids” Devid O’Lirinin rəhbərliyi altında premyer-liqada ardıcıl 13 oyunda uduzmamışdı (8 qələbə, 5 heç-heçə).
* “Çelsi” premyer-liqada keçirdiyi son 8 oyunun 7-də xal itirib. “Zadəganlar” noyabrın 30-dan bəri yalnız “Everton”a qalib gələ bilib – 2:0 (dekabrın 13-də). Göstərilən müddətdə 2 məğlubiyyət və 5 heç-heçə də var.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Qol buraxmaqla özümüzü çətin vəziyyətə saldıq, ancaq Qabriel liderlik keyfiyyətlərini göstərdi. Ardından iki gözəl qol vurduq. Rays son günlərdə problemlərlə üzləşsə də, çalışdı, çalışdı və bu gün meydanda ən yaxşılardan oldu. Belə mentallıq hər birimizə lazımdı. Sonradan meydana çıxanlar yaxşı oynadı. Bütün futbolçular sabit oyun göstərir. İlk qolu necə buraxmağımızdan dərs çıxarmalıyıq. Rəqib onda ustalıq göstərdi, bəzən, sadəcə, alqışlamaq lazım gəlir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see496

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see363

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see324

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see303

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see302

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see276

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see271

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see271

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see240

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see211

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see191

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see186

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see185

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see183

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see181

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see172

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri