Icma.az
close
up
RU
MSK nın yeni tərkibi nə zaman təsdiqlənəcək? DEPUTATLAR AÇIQLADI

MSK nın yeni tərkibi nə zaman təsdiqlənəcək? DEPUTATLAR AÇIQLADI

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin 5 illik səlahiyyət müddətinin başa çatmasına 4 gün qalır. 2021-ci il aprelin 27-də formalaşdırılmış mövcud heyətin fəaliyyət müddəti qanunvericiliyə uyğun olaraq, bu il aprelin 27-də yekunlaşır. Bu səbəbdən MSK-nın yeni tərkibi seçilməlidir.

Artıq MSK-nın yeni tərkibinin formalaşdırılması prosesində mühüm mərhələ geridə qalıb. Belə ki, ötən gün hakim Yeni Azərbaycan Partiyası, parlamentdə azlıq təşkil edən siyasi partiyalar və bitərəf deputatlar öz namizədlərini müəyyən ediblər. Hazırda prosesin yekunlaşması üçün məsələnin Milli Məclisin iclasında müzakirə edilməsi və yeni tərkibin rəsmən təsdiqlənməsi tələb olunur.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, aprel ayının sonunadək, parlamentdə sözügedən məsələyə baxılacaq:

“Milli Məclisin son toplantısında spiker Sahibə Qafarova bildirdi ki, növbəti iclasın vaxtı ilə bağlı məlumat veriləcək. Hələlik iclasın vaxtını bilmirik. Amma Mərkəzi Seçki Komissiyasının yeni tərkibinə seçiləcək namizdələr irəli sürülüb və sadəcə məsələyə plenar iclasda baxılması qalıb. Hər halda, aprel ayının sonunadək bu məsələyə baxılması gözlənilir”.

Deputat Aydın Hüseynov isə qeyd edib ki, hələlik növbəti plenar iclasın gündəliyi ilə tanış deyil:

“Əlbəttə, Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyəcək. Həm Yeni Azərbaycan Partiyası, həm parlamentdə azlıq təşkil edən partiyalar, həm də bitərəflər öz namizədlərini açıqladı. Prosedur qaydalarına uyğun olaraq, yəqin ki, parlamentin növbəti iclasında MSK-nin yeni tərkibi təsdiqlənəcək”.

Xatırladaq ki, Seçki Məcəlləsinə görə, MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olan partiyaların təqdim etdiyi siyahı əsasında formalaşdırılır. Hazırda Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. Ona görə də MSK-da 6 yer YAP-ın təmsilçilərindən ibarət olacaq, 6 yer azlıqda olan digər 10 partiya məxsusdur. Həmin partiyalar 6 namizədi öz aralarında müəyyənləşdirməlidirlər. MSK üzvlüyünə 6 namizədi isə parlamentdəki bitərəf deputatlar təqdim edəcək.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Aprel 2026 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri