Icma.az
close
up
RU
MTK larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI KONKRET

MTK larla provayderlər arasında QARŞIDURMA: Zəif internetin səbəbi AÇIQLANDI KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bəzi tikinti şirkətləri provayderlər üçün texniki məhdudiyyət yaradır”. Bu, Azərbaycanın telekommunikasiya və poçt sahələrində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə növbəti görüş zamanı bildirilib. İKTA nümayəndələri bildiriblər ki, yeni tikilən binalarda, xüsusilə ETTH tətbiq edilən layihələrdə bəzi tikinti şirkətləri blok daxilində mənzillərə yalnız dörd lifli “Ethernet” kabelləri çəkirlər. Bu isə provayderlər üçün texniki məhdudiyyət yaradır və 100 Mbit/s üzərində sürətin təmin olunmasına imkan vermir. Halbuki 300, 500 və ya 1000 Mbit/s kimi yüksək sürətlər üçün ən azı səkkiz lifli “Ethernet” kabellərin istifadəsi tələb olunur. Qeyd edək ki, bu mövzuda artıq bir neçə dəfə görüş keçirilib. Lakin hələ də məsələ öz həllini tapmayıb. Tikinti şirkətlərinin tətbiq etdiyi məhdudiyyətə səbəb nədir?

KONKRET.az bununla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir.

Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilovun sözlərinə görə, burada iki nəzərə alınmalı məqam var: “Hansı ki, bəzi binalar çoxdan təhvil verilib. Onlar inşa olunan dövrdə fiber optik kabellər yox idi. Provayderlərin də sayı həmin dövrdə çox az idi. Son dövrlərdə isə onların sayı xeyli artıb. Bu isə bazarda ciddi rəqabətə gətirib çıxarır. Rəqabət o qədər güclüdür ki, binalara, komendantlığa pulsuz internet təklif edirlər. O zaman seçim başlayır. Bəzi hallarda MTK-lar həm də provayder yaradırlar. Yəni binalarında özlərinə aid, yaxud yaxın olan şirkətlərə icazə verirlər. Tikinti şirkətlərinin çox az hissəsi provayderlərə azadlıq verir”.

F.Xəlilovun fikrincə, bu vəziyyətə səbəb qanundakı boşluqlardır: “MTK-lar haqqında qanuna görə, tikinti bitdikdən sonra onların fəaliyyəti dayanmalıdır. Sakinlər özləri xidmət göstərən şirkət yaratmalıdırlar. Bu halda provayderlərini də özləri seçirlər. Amma əksər hallarda MTK-lar tikintidən sonra da fəaliyyətlərini davam etdirirlər. Onların da çox az hissəsi tenderlə ən güclü provayderi seçir. Əksəriyyəti maraqları olan şirkətlərlə işləyirlər”.

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, tikinti şirkətləri bina tikərkən maksimum qənaət etmək istəyirlər. O səbəbdən də daha aşağıkeyfiyyətli kabellər quraşdırırlar: “Onların məqsədi yüksəkkeyfiyyətli internet vermək deyil. Çünki bilirlər ki, onlar hansı şəbəkəni istəsə, həmin provayder fəaliyyət göstərəcək. Tikinti şirkətləri monopolist yanaşma aparırlar. İstifadəçi şikayət etsə belə, heç nə edə bilməyəcək”.

F.Kazımovun fikrincə, MTK-ların aldığı avadanlıqlar olduqca məhduddur. O səbəbdən də onlarla güclü internet şəbəkəsi əldə etmək mümkün deyil: “Məsələn, Böyük Britaniyada bir neçə il öncə evlərə çəkilən internetdə maksimal hədd 500 meqabit idi. Amma hazırda 1600-dür. Bizdə isə provayderlər texniki cəhətdən inkişaf etsə də, binada həmin interneti qəbul edəcək avadanlıq yoxdursa, sürətli internet vermək mümkünsüz olur. Sakinlərin isə seçimi yoxdur. MTK-ların yaratdığı provayder xidmətləri də çox zəif olur. Hansısa fəsad olduqda, təmir edəcək mütəxəssisləri yoxdur. İri provayderlər isə daha yüksək səviyyədə xidmət təqdim edirlər”.

Fərid Kazımov bildirdi ki, əksər dünya ölkələrində bu xidmətlər qurumlar tərəfindən həyata keçirilir: “Ölkəmizdə bu məsələlər tam olaraq tənzimlənmir. Əslində aidiyyəti orqanlar tərəfindən xüsusi qaydalar təsdiqlənməlidir. Çünki tələblər dəyişir. Tələb olmalıdır ki, müasir kabellər çəkilsin. Böyük Britaniyada heç bir tikinti şirkəti özü kabeli çəkmir. Xüsusi şəbəkəyə, internetə aid qurumlar var. Həmin qurum internet kabeli çəkilməsini həyata keçirir. Provayder də gəlib həmin şəbəkəyə öz avadanlığını quraşdırır. Yəni texniki olaraq heç bir provayder gəlib özbaşınalıq edə bilmir. Bu səbəbdən mövcud durum tənzimlənməli, reqlamentləşməlidir. Bu zaman MTK-lar məcbur olub qaydalara riayət edəcək”.

İnşaat və əmlak məsələləri üzrə ekspert Elnur Azadovun fikrincə, provayderlərin çox olması yaxşı haldır. Amma onların çoxluğu bəzi özbaşınalıqlara da yol açır: “Provayderlərin köhnə binalara daxil olması, orada müəyyən xətlər çəkməsi şəffaf şəkildə aparılmır. Binalarda maksimum iki ya üç provayder olur, onlar da böyük və tanınmış şirkətlərdir. Yenitikili binalarda isə provayderlər sərbəst şəkildə xidmətlərini təqdim edə bilmirlər. Çünki komendantlar binaya hansısa provayder daxil olmaq istədikdə onlardan müəyyən pul tələb edirlər”.

E.Azadov da düşünür ki, bu hal qanunvericilik və tikinti normalarında əksini tapmadıqca, həll edilməyəcək: “Bu məsələ tikinti və şəhərsalmaya aid qanunvericilikdə, inşaat normativlərində öz əksini tapmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see152

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see140

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Tramp: ABŞ əl Malikinin baş nazir olacağı halda İraqı dəstəkləməyəcək

28 Yanvar 2026 02:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri