MTN işinin ölmüş zərərçəkəninin xanımı Ali Məhkəməyə müraciət etdi
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"MTN işi"ndə zərərçəkmiş kimi tanınan mərhum Cahangir Məmmədovun xanımı Yeganə Zeynalova Ali Məhkəməyə müraciət edib.
Qaynarinfo-nun məlumatına görə, Yeganə Zeynalovanın kassasiya şikayəti Cahangir Məmmədovun hüquqi varisi kimi tanınması ilə əlaqədardır.
Cahangir Məmmədov dünyasını dəyişdikdən sonra qardaşı Arif Məmmədov onun hüquqi varisi kimi tanınıb. Mərhumun həyat yoldaşı isə buna etiraz edir.
Yeganə Zeynalova hüquqi varis kimi məhkəməyə müraciət etsə də, birinci və apellyasiya instansiyaları onun iddiasını təmin etməyib. Bu baxımdan, o, Ali Məhkəməyə üz tutub.
Cahangir Məmmədov MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə zərərəçəkmiş qismində tanınıb.
İş materiallarından məlum olur ki, Cahangir Məmmədov qaçaqmalçılıq yolu ilə Gürcüstandan pirotexniki vasitələri Azərbaycana gətirməkdə ittiham edilib. O, 3 ay həbsdə saxlanılıb. Qardaşı Arif Məmmədov "MTN işi" ilə bağlı məhkəmə prosesində bildirib ki, qardaşı 80 000 manat pul müqabilində azadlığa buraxılıb.
Arif Məmmədov Cahangir Məmmədovun ölümü barədə də danışıb. "Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsində özünü atdı, həyatına son qoydu", deyə o bildirib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















