Icma.az
close
up
RU
Türkiyədən İsrailə SƏRT MESAJ: Mümkün olmayacaq…

Türkiyədən İsrailə SƏRT MESAJ: Mümkün olmayacaq…

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Qətərin “Əl Cəzirə” telekanalına verdiyi müsahibədə bildirib ki, Ankara İsraillə deyil, onun regiondakı siyasəti ilə bağlı problem yaşayır.

KONKRET.az xəbər verir ki, nazir qeyd edib ki, İsrailin Fələstin və xüsusilə Qəza zolağı ilə bağlı son dövrlərdə həyata keçirdiyi hərəkətlər regionun sabitliyinə təhdid yaradır.

Fidan bildirib: “Bizim problemimiz İsraillə deyil, onun regiondakı siyasəti, xüsusilə Fələstin məsələsi ilə bağlıdır. Qəza zolağında baş verənlər isə genosid səviyyəsindədir”.

Türkiyəli nazir həmçinin qeyd edib ki, HƏMAS hərəkatı heç vaxt İsrail üçün ciddi əngəl olmayıb və ABŞ-ın hərbi dəstəyi nəzərə alınsa, onlar arasında hərbi balans mövcud deyil.

“Ən yaxşı halda HƏMAS İsrail üçün sadəcə narahatlıq yarada bilər, amma dayandırıcı qüvvə deyil”, – deyə Fidan vurğulayıb.

Nazir HƏMAS-ın Qəza zolağında yerli təhlükəsizlik və polis funksiyalarını effektiv idarə etdiyini də əlavə edib.

Fidan Türkiyənin ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəza üzrə Sülh Şurasındakı iştirakına da toxunub. Nazir bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu əvvəlcə Türkiyənin bu təşkilata daxil olmasına qarşı çıxıb, lakin Ankara region proseslərində həlledici rol oynamağa davam edir.

Fidan Türkiyənin İsraillə ticarəti dayandırmaq qərarının da açıq mesaj olduğunu vurğulayıb:

“Hücumlar dayandırılmadan və Qəza zolağına humanitar yardımın maneəsiz çatdırılması təmin edilmədən ticarət bərpa olunmayacaq”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see199

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see198

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see196

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see195

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see188

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see184

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see183

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see180

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see173

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see173

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri