Icma.az
close
up
RU
Aleksandru Giboi: Müasir media savadlılığı ənənəvi anlamdan kənara çıxır

Aleksandru Giboi: Müasir media savadlılığı ənənəvi anlamdan kənara çıxır

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Müasir media savadlılığı ənənəvi anlamdan kənara çıxır və jurnalistlərdən və oxuculardan daha geniş bacarıqlar toplusu tələb edir".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboi III Şuşa Qlobal Media Forumunda bildirib.

Onun sözlərinə görə, sürətlə dəyişən informasiya mühitində tənqidi düşüncə, mənbələri təhlil etmək və konteksti anlamaq qabiliyyəti zəruri alətlərə çevrilib.

Giboi, həmçinin qeyd edib ki, forumda artıq üçüncü ildir iştirak edir və hər dəfə Şuşada baş verən müsbət dəyişiklikləri görür.

"Buraya ilk səfərim təxminən üç il əvvəl olub - o zaman bu, media nümayəndələri qrupunun Şuşaya ilk səfəri idi. Bu, tamamilə fərqli bir yer idi: çadırlar, mina təhlükəsi barədə xəbərdarlıq işarələri və ümumi qeyri-sabitlik hissi. Bütün bunlar kifayət qədər narahatedici təəssürat yaradırdı. Mən özüm bunun şahidi olmuşam", - deyə o, bölüşüb.

Onun sözlərinə görə, müasir media peşəkarı üçün təkcə mövzuları öyrənmək deyil, həm də müşahidə etmək, baş verənləri müstəqil şəkildə yoxlamaq və şərh etmək bacarığı vacibdir.

"Bugünkü media savadlılığı sadəcə qəzet oxumaq, radio dinləmək və ya televiziyada xəbərlərə baxmaq bacarığından daha çox şeydir. İndi informasiya məkanı xeyli genişlənib, sosial şəbəkələrdən tutmuş bloglara və alternativ platformalara qədər onlarla mənbə meydana çıxıb. Buna görə də məlumatı filtrdən keçirmək, onun etibarlılığını yoxlamaq, bu və ya digər mesajın arxasında kimin durduğunu anlamaq qabiliyyətini inkişaf etdirmək son dərəcə vacibdir", - deyə Giboi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri