Icma.az
close
up
RU
Müasir dövrdə ölkənin gücü bilik və texnologiyalarla ölçülür Deputat

Müasir dövrdə ölkənin gücü bilik və texnologiyalarla ölçülür Deputat

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı cənab Prezident İlham Əliyev elmin ölkənin gələcəyi üçün strateji əhəmiyyətini xüsusi vurğuladı. Dövlət başçısının bu çıxışı təkcə yubiley təbriki deyil, həm də Azərbaycan elminin növbəti inkişaf mərhələsinə istiqamət verən proqram sənədi kimi dəyərləndirilə bilər. Dövlət başçısı qeyd etdi ki, AMEA-nın 80 illik fəaliyyəti milli intellektual mühitin formalaşmasında, dövlətçilik düşüncəsinin elmi əsaslarının möhkəmlənməsində misilsiz rol oynayıb. Bu, həm tarixi irsin qorunması, həm də müasir tədqiqat istiqamətlərinin qurulması baxımından mühüm göstəricidir”.

Bu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Prezident İham Əliyevin yubiley nitqində toxunduğu ən mühüm mövzulardan biri də elmə dövlət dəstəyinin konkret mexanizmlərlə təmin edilməsi barədə səsləndirdiyi fikirlər olub:

“Dövlət başçısı öz çıxışında Ulu Öndər Heydər Əliyevin elmi sahəyə göstərdiyi diqqət və qayğını xüsusi minnətdarlıqla xatırladaraq bildirdi ki, həmin siyasət bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Ulu Öndərin elmə yönəlik baxışları dövlətin inkişaf fəlsəfəsinin təməl prinsiplərindən biri idi və bu xətt hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısının “elmin inkişafı dövlətin müstəqilliyi və təhlükəsizliyinin etibarlı təminatıdır” fikri göstərir ki, bu istiqamət yalnız mədəni və mənəvi dəyər deyil, həm də milli təhlükəsizlik amilidir. Məlum olduğu kimi, son on ildə elmə ayrılan vəsait iki dəfədən çox artırılıb. Bu artım elmin iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilməsi siyasətinin nəticəsidir. Elm iqtisadiyyat və sənaye ilə sıx bağlı olmalıdır və bu istiqamətdə artıq yeni idarəetmə modeli formalaşır. Elmi tədqiqat institutlarının sənaye müəssisələri ilə əməkdaşlığı genişlənir, universitetlərdə tətbiqi araşdırmaların payı artır, elmi nəticələrin praktik dəyərə çevrilməsi prosesi dövlət tərəfindən stimullaşdırılır. Bu, həm də cənab Prezidentin elmin yalnız nəzəri müstəvidə qalmasına deyil, onun iqtisadi dövriyyəyə daxil olmasına yönəlmiş strateji baxışını əks etdirir. Müasir dövrdə ölkənin gücü yalnız təbii sərvətlərlə deyil, həm də bilik və texnologiyalarla ölçülür. Məhz buna görə Azərbaycan dövlətinin elm siyasəti uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Bu yanaşma nəticəsində elm dövlətin innovasiya sistemində aparıcı element statusu qazanıb, alimlər cəmiyyətin sosial və iqtisadi proseslərində daha fəal iştirak etməyə başlayıblar. Cənab Prezident İlham Əliyevin “tükənməz sərvət neft yox, intellektual potensialdır” fikri yubiley çıxışının əsas ideoloji xəttini təşkil etdi. Bu ifadə Azərbaycan dövlətinin gələcəyə baxışının mahiyyətini dəqiqliklə ifadə edir. Elm və təhsil sahələrinə yönəlmiş sərmayə, əslində, ölkənin milli təhlükəsizlik sisteminin və davamlı inkişafının təməlidir. Dövlət başçısı xüsusi vurğuladı ki, Azərbaycan alimləri qlobal elmi proseslərdə, xüsusilə süni intellekt, informasiya texnologiyaları və enerji səmərəliliyi sahələrində fəal iştirak etməlidirlər”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri