Icma.az
close
up
RU
Tarixdə və müasir dövrdə Azərbaycan qadını

Tarixdə və müasir dövrdə Azərbaycan qadını

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadınlar bəşəriyyətin mənası, bəzəyi və əbədi gözəlliyidir. Azərbaycanda qadın-ana adı həmişə uca tutulmuşdur. O, tarixən azad düşüncəli, təmiz qəlbli, nikbin ruhlu olmuş, mənsub olduğu ailənin, elin-obanın yükünü kişilərlə bərabər bölüşməklə cəmiyyətin inkişafına önəmli töhfələr vermiş, bütün dövrlərdə öz zəkası, iradəsi, istedadı və əzmkarlığı ilə milli-mənəvi dəyərlərimizi qoruyub saxlamışdır. Türklərin qadına nəcib münasibətini aydın şəkildə ortaya qoyan “Kitabi Dədə Qorqud” dastanında da qadının cəmiyyətdə tutduğu üstün mövqe özünün real əksini tapmışdır.

Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın rolu böyük olmuşdur. Belə ki, tarix və mədəniyyətimizin neçə-neçə şanlı və parlaq səhifələri məhz onların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya böyük şəxsiyyətlər, görkəmli elm, mədəniyyət və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıbdır.
Ötən XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalmışdır. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də ölkəmizin SSRİ-nin tərkibində olduğu illərdə yaradılan bütün imkanlardan xalqın, dövlətin və cəmiyyətin mənafeyi üçün çox səmərəli istifadə etmişdir.
Həmin illərdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir.
Azərbaycan xalqının təfəkküründə ana sözü həmişə doğma yurdun, Vətən torpağının simvolu kimi işlənilir. Çağdaş Azərbaycan qadını isə ana olmaqla yanaşı, həm bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, həm də xalqın inanıb səs verdiyi millət vəkilidir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.
Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. Heydər Əliyevin Azərbaycan qadını ilə bağlı fikirləri olduqca qiymətlidir:
“Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapmışdır. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər”.
1995-ci il 12 noyabr tarixində ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiya qanunu qadınların kişilərlə bərabər hüquqlarını təsdiq etməklə bərabər, həmçinin onların demokratik dövlət quruculuğu proseslərində fəal iştirakının hüquqi bazasını da yaratmışdır. Konstitusiyanın qəbulundan sonra respublikamızda gender bərarbərliyinin təmin olunması istiqamətində də mühüm addımlar atılmışdır. Eyni zamanda, Azərbaycan 1995-ci ildə BMT-nin Baş Assambleyasının 1979-cu il 18 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyaya da qoşulmuş və sonrakı illərdə bir sıra beynəlxalq sənədləri ratifikasiya etmişdir.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə “Qadın problemləri üzrə Dövlət Komitəsi” yaradılmışdır. Burada əsas məqsəd qadınların hüquqlarının qorunması və ölkənin sosial-siyasi həyatında onların iştirakının artırılması idi. 2000-ci ildə Ulu öndər qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə, onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını üçün “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman vermişdir. Fərmanda bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyinin təmin edilməsi xüsusi vurğulanmışdır. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ olmuşdur. 2000-ci ildə həmçinin, Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edilmişdir. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması məsələləri də öz əksini tapmışdır.
2006-cı ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” “Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi” kimi yenidən formalaşdırılmışdır. Hazırda Komitə ailə, qadın və uşaq prolblemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da qəbul edilmişdir. Qadın, kişi bərabərliyinin qorunması sahəsində xüsusi əhəmiyyətə malik olan bu qanun gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə məsələlərini əks etdirir. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri göstərilmişdir. Beləliklə, bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzunun daha da artması Prezident İlham Əliyevin dövlət qadın siyasətini qətiyyətlə davam etdirməsinin nəticəsidir. Xalqımızın fəxri və qüruru olan qadınlarımız ölkəmizi bu gün bütün dünyada ləyaqətlə təmsil edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün bütün Azərbaycan qadınlarının yorulmaz, mübarizə əzmi göstərən güc və qüdrətinin bariz nümunəsidir.

Rövşən Muradov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Mart 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri