“Müasir dövrün elmi texnoloji yenilikləri ilə milli mənəvi dəyərlərimizi birəşdirməyi bacarmalıyıq”
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
“Biz dövlət və xalq olaraq var olmaq üçün XXI əsrin çağırışlarına cavab verməli, müasir dövrün elmi-texnoloji yenilikləri ilə milli-mənəvi dəyərlərimizi birəşdirməyi bacarmalıyıq”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, bu, xalqımızın və dövlətimizin varlığını qoruyub saxlamaq üçün vacibdir:
“Biz xalq və dövlət olaraq öz varlğımızı qoruyub saxlamalı, inkişaf etdirməli, gələcəyə doğru qətiyyətlə addımlamalıyıq. Bunun üçün bizim yalnız müasir elmi biliklərə, texnologiyaya sahib olmağımız yetərli deyil. Biz bütün bunlarla yanaşı, həm də öz milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, bu dəyərləri qorumalı, bunu gələcək nəsillərə çatdırmalıyıq. Yalnız belə olan halda sabaha inamla addımlaya, bütün çətinliklərin öhdəsindən qətiyyətlə gələ bilərik”.
Seymur ƏLİYEV
Baxış sayı:101
Bu xəbər 27 Oktyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















