Icma.az
close
up
RU
Müasir dövrün savaşları: hədəfdə həqiqət var məqalə

Müasir dövrün savaşları: hədəfdə həqiqət var məqalə

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 may, AZƏRTAC

Ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov və tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarova “Müasir dövrün təhdidləri: hədəf – həqiqətdir!” adlı məqalə hazırlayıb. AZƏRTAC məqaləni təqdim edir.

Ənənəvi münaqişə anlayışı artıq tarixə qovuşur. Müasir dövrün təhdidləri sırasında informasiya təhlükəsizliyi, xüsusilə də ordu və hərbi xidmət sahəsində informasiya təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir.

Ordunun səmərəli fəaliyyəti təkcə texniki təchizat və şəxsi heyətin hazırlıq səviyyəsi ilə deyil, həm də məxfi və xidməti məlumatların qorunması, informasiya sızmasının qarşısının alınması və düşmənin dezinformasiya, psixoloji təsirlərinə qarşı dayanıqlılıqla sıx bağlıdır. Rəqəmsal texnologiyalar dövründə informasiya ildırım sürəti ilə yayılır və hər hansı yalan yaxud təxribat ictimaiyyətdə panika, narazılıq, hətta inamsızlıq toxumu səpə bilər. Düşmən tərəf sosial şəbəkələr, mesajlaşma platformaları və bəzən nüfuzlu mənbələrdən istifadə edərək yalan narrativlər yayır, reallığı təhrif edir və ictimai şüura təsir etməyə çalışır.

Belə bir şəraitdə informasiya məkanının qorunması ölkənin ərazi bütövlüyünün müdafiəsi qədər vacib sayılmalıdır. Ordu yalnız cəbhədə deyil, informasiya müstəvisində də dəstəyə ehtiyac duyur. Bu mübarizədə informasiya bölmələri, hərbi analitiklər, jurnalistlər, bloqçular - yəni yalanla peşəkar, əsaslandırılmış və operativ mübarizə aparmaq bacarığına malik hər kəs ön plandadır.

Bu gün Azərbaycan Ordusunun fəaliyyəti barədə cəmiyyətin məlumatlandırılması prosesi media ilə qarşılıqlı münasibətlər fonunda həyata keçirilir. Müdafiə Nazirliyi media vasitəsilə xalqı ordu üzərində ictimai nəzarətçi mövqeyinə gətirib - vətəndaşlar ictimailəşdirilən məlumatları diqqətlə izləyir, fəaliyyətə qiymət verir və dəstəyini əsirgəmir. Nazirliyin rəhbərliyi haqlı olaraq hesab edir ki, media üzərindən xalq-dövlət-ordu dialoqunun inkişafı sosial zərurət və müasir dövrün tələbidir.

Ordu ilə bağlı dezinformasiyaların yayılmasının qarşısını almaq, hərbi informasiya mühitini təmiz saxlamaq üçün media ilə peşəkar dialoqun qurulması, informasiyanın əlçatan və davamlı şəkildə təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bu sahədə düzgün qurulmuş yanaşma əhəmiyyətli müsbət nəticələr verir.

Ordu quruculuğu ictimai proses kimi daim medianın diqqət mərkəzindədir. Bu da təbiidir. Yaxın günlərdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” adlı forumda da bu istiqamətdə əhəmiyyətli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Forumda Müdafiə Nazirliyinin idarə rəisi Anar Eyvazovun iştirakı hərbi mövzuların aktuallığını bir daha təsdiqlədi.

Ordu və xalq arasında dialoqun medianın gündəmində yer alması ilə bağlı bəzi mülahizələri də bölüşmək istərdik. Heç kimə sirr deyil ki, ordu cəmiyyətin ayrılmaz hissəsidir və ölkə daxilində və dünyada baş verən yeniliklər onun fəaliyyətinə də təsir göstərir. Rəqəmsal media, sosial şəbəkələr, süni intellekt, neyroşəbəkə və koqnitiv müharibə kimi müasir texnologiyalar hərbi qurumların fəaliyyətinə təsir edən reallıqlardır.

Bu reallıqlar ölkəmizdə, eləcə də Müdafiə Nazirliyində çevik, effektiv və əlçatan kommunikasiya siyasətinin həyata keçirilməsini zəruri edir. Mövcud vəziyyətə adekvat reaksiya verilməsi vacibdir. Müasir texnologiyalar informasiya təhlükəsizliyi baxımından həm imkan, həm də risklər doğurur. İnformasiyanın əlçatanlığı və sürətli yayılması qurumlar arasında operativliyin artırılmasını tələb edir. Lakin bu, heç bir halda dövlət və hərbi sirrlərin yayılması ilə nəticələnməməlidir. Bu məsələyə yanaşmada qanunlara əməl olunması, dövlət maraqlarının qorunması ön plandadır.

Son illər bu istiqamətdə Müdafiə Nazirliyində mühüm işlər görülüb. Sosial şəbəkələr və digər internet platformalar üzərindən yayılan foto və videoların, xidmətə dair məlumatların təhlükə doğurduğu, bəzi hallarda dövlət sirri təşkil edən informasiyaların paylaşılması faktları hələ də mövcuddur. Bu sahədə həm hərbi qulluqçular, həm də onların yaxın əhatəsi tərəfindən ehtiyatsızlıq hallarına rast gəlinir. Ailə üzvlərinə göndərilən şəkil və videoların paylaşılması düşmən xüsusi xidmət orqanlarına geniş məlumat əldə etmək imkanı verir, təxribat və şantaj riski yaradır.

Media nümayəndələrinin də Müdafiə Nazirliyi ilə dəqiqləşdirmədən hərbi mövzuda məlumat paylaşmaları, təsdiqlənməmiş informasiyaların tirajlanması, xüsusilə də internet media vasitəsilə yayımlanması halları müşahidə olunur. Bu isə nəticədə ordunun imicinə zərbə vurur.

Ən effektiv qarşı tədbirlərdən biri də ordu-media münasibətlərinin gücləndirilməsi, əlaqələrin genişləndirilməsi, hərbi mövzularda operativ məlumatlandırmanın təmin olunması və dezinformasiyalara dərhal reaksiya verilməsidir. Bu istiqamətdə son illər ciddi uğurlar əldə olunub. Nazirlik bu məsələləri sistemli şəkildə həyata keçirir, media nümayəndələrinə mütəmadi olaraq təlimat xarakterli məlumatlar təqdim olunur.

Aktiv kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması məqsədilə qanunvericiliyə uyğun addımlar atılır, əmr və sərəncamlar qəbul edilir, maarifləndirici söhbətlər və izahat işləri aparılır. “Dövlət sirri haqqında” qanunun tələbləri hərbi qulluqçulara izah olunur.

Yeni texnologiyalar, süni intellekt və sosial media həm imkanlar yaradır, həm də təhlükələr doğurur. Bu baxımdan ictimaiyyətə dəqiq və dolğun məlumatların çatdırılması, hərbi xidmətin təşviqi, vətənpərvərliyin təbliği, informasiya təhlükəsizliyinin qorunması mühüm əhəmiyyət daşıyır.

Media subyektləri, hərbi ekspertlər, bloqçularla birgə fəaliyyətin təşkili, ictimai fikrə təsir imkanlarının düzgün idarə olunması, qarşıya çıxan problemlərin ortaq əməkdaşlıqla həlli, nəticə etibarilə bu sahədə də uğurların əldə olunmasına şərait yaradacaq.

Sonda qeyd edək ki, ordu quruculuğu mövzusunun media məkanında xüsusi yer tutması qürurverici olmaqla yanaşı, milli mediamızın vətənpərvərlik hisslərinin təbliği, ordu məsələsinə həssas və vətəndaş mövqeyindən yanaşması baxımından da önəmli bir göstəricidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri