Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Liqa 1: Marsel darmadağına sevindi

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

MÜASİR ENERJİ LAYİHƏLƏRİ MİLLİ TƏHLÜKƏSİZLİYİMİZİN GÜCLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR

MÜASİR ENERJİ LAYİHƏLƏRİ MİLLİ TƏHLÜKƏSİZLİYİMİZİN GÜCLƏNDİRİLMƏSİNƏ XİDMƏT EDİR

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Enerji təhlükəsizliyinin təmin olunması bu gün bütün ölkələr tərəfindən prioritet vəzifələrdən biri kimi qiymətləndirilir. Qlobal təhlükəsizliyi təhdid edən yeni münaqişə və müharibələr fonunda isə həmin vəzifənin icrası strateji əhəmiyyət kəsb edir. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, enerji təhlükəsizliyi artıq istənilən ölkənin həyatında milli təhlükəsizlik konsepsiyasının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilir. İyunun 24-də Mingəçevirdə istismara verilən “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirməklə yanaşı, milli təhlükəsizliklə bağlı məsələlərin daha etibarlı şəkildə qorunmasına xidmət edir.

 Stansiyanın açılış mərasimində Prezident İlham Əliyevin və İtaliya Respublikasının şirkətlər və “Made in İtaly” naziri Adolfo Ursonun, İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang Electric İnternational Corporation” kimi aparıcı şirkət rəhbərlərinin iştirakı deməyə əsas verir ki, bu layihə Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, strateji tərəfdaşlıq münasibətlərində olduğumuz İtaliya və Çinin enerji siyasəti, eləcə də aparıcı şirkətləri üçün bir o qədər önəmlidir. Nazir Adolfo Ursonun açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi bu fikirlər enerji sahəsində ölkəmizlə əməkdaşlığa göstərilən diqqət və marağın yüksək səviyyəsindən xəbər verir:

Mən Prezident Əliyevə İtaliyaya diqqət yetirdiyinə görə təşəkkür edərəkbugünkü açılışdan çox məmnunluğumu bildirirBaş nazir Ciorcia Meloninin salamlarını çatdırıramDüşünürük kibundan sonra da hər iki ölkənin rifahı naminə əməkdaşlığımızı davam etdirəcəyik”.

 “8 Noyabr” Elektrik Stansiyasının tikintisi üçün məhz Mingəçevirin seçilməsi təsadüfi deyil. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ ötən əsrin 70-ci illərində həyata keçirilən layihələr sayəsində Mingəçevir ölkəmizin energetika mərkəzinə çevrildi. Təməli 1974-cü ildə qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci blokunun 1981-ci ildə istismara verilməsi ilə Mingəçevir şəhəri hələ o dövrdə nəinki ölkəmizin, bütövlükdə Qafqazın aparıcı enerji təchizatçısı rolunu oynamağa başladı. Ermənistan elə bu səbəbdən həmin stansiyanı partlatmaq hədəsi ilə ölkəmizi davamlı surətdə təhdid edirdi. Ermənistan 44 günlük Vətən müharibəsinin gedişatında beynəlxalq hüquqa məhəl qoymadan öz hədəsini gerçəkləşdirərək növbəti müharibə cinayətini törətdi. 2020-ci il oktyabrın 4-ü və 11-də stansiyanın ərazisinə “Smerç” reaktiv yaylım qurğusundan raket zərbələri endirdi. Çünki düşmən yaxşı bilirdi ki, Mingəçevirdəki stansiya ölkəmizin enerji və milli təhlükəsizliyi baxımından hansı əhəmiyyətə malikdir, raket zərbələrinin fəsadları Azərbaycan üçün hansı ağır nəticələrə səbəb ola bilər. Bu cinayətlər bir daha sübut edir ki, savaş dövründə təlaş içərisində qıvrılan Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün heç bir sərhəd olmayıb, onlar mülki əhalimizə qarşı insanlıq əleyhinə ən ağır müharibə cinayətlərini törətməkdən belə çəkinməyiblər. Həmin vaxt müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri sayəsində raket zərbələrinin ağır fəsadlarını minimuma endirmək mümkün oldu. Prezident İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı zamanı bu faktları tədbir iştirakçılarının diqqətinə məxsusi olaraq çatdırdı:

Budinc əhaliyəmülki infrastruktura yönəlmiş təcavüz idi  hərbi cinayətdirErmənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmırHəm Xocalı soyqırımını törədənhəm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edəneyni zamandaİkinci Qarabağ müharibəsi zamanı GəncəniMingəçeviriBərdəniTərtəriAğdamı  münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir”.

 Cənab Prezident ölkəmizə qarşı törədilən ağır cinayətləri xatırlatmaqla bunların təsadüfən baş vermədiyini və Mingəçevirin energetika mərkəzi kimi regionda nə qədər əhəmiyyətli bir ünvan olduğunu diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Qafqazın energetika mərkəzinə çevrilən Mingəçevir Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən enerji siyasəti sayəsində bu statusunu uzun onilliklər ərzində qoruya biləcək, Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu etibarlı tərəfdaş kimi bundan sonra da davam etdirəcək. Cəmi iki il ərzində inşa olunan “8 Noyabr” Elektrik Stansiyası milli təhlükəsizliklə bağlı hədəflərimizin daha etibarlı şəkildə qorunmasına təminat verir. 1880 meqavat gücündə olan bu Stansiyanın istismara verilməsi ona da imkan yaradır ki, atmosferə zərərli tullantıların həcmi 50 faizədək azalsın. Bu, COP29-a sədrlik edən ölkə kimi Azərbaycanın yaşıl enerjiyə keçid siyasətinə sadiq olduğunu bir daha nümayiş etdirir. Digər tərəfdən, layihənin ərsəyə gəlməsi ilə daxili bazarda təbii qaza qənaət edilməsi və bu həcmin ixracata yönəldilməsi də mümkün olacaq. Başqa sözlə, bu gün Avropanın 10 ölkəsinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan Azərbaycan strateji statusunu uzun illər ərzində qoruya biləcək. Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi növbəti açıqlama ölkəmizin strateji hədəflərinə tam aydınlıq gətirir: “İmzalanmışicra edilən  icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcəkdir  əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsabu deməkdirbunu hər kəs başa düşə bilərEyni zamandabizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq  belə olan halda təbii qazımızın ixracı daha da artacaqYənibir neçə məqsəd burada təmin edilir  əlbəttə kibütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır”.

Beləliklə, əgər bir vaxtlar Mingəçevir Qafqazın enerji sektorunda aparıcı mərkəzə çevrilmişdisə, bu gün bütövlükdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi rol oynayır və bununla geoiqtisadi, geosiyasi müstəvidə özünün etibarlı tərəfdaş statusunu təsdiq etməkdə davam edir. Şübhəsiz ki, eyni vaxtda həm bu cür qlobal layihələri həyata keçirən, həm də Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərini yalnız daxili imkanları hesabına uğurla davam etdirən müasir Azərbaycan güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya, o cümlədən bədxahlarımıza nümayiş etdirir. Sonuncuları narahat edən də elə bu reallıqdır. Elə bir reallıq ki, həm tarixi Zəfərimizin təməlini təşkil edir, həm də gələcək uğurlara zəmin yaradır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see131

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see129

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri