Icma.az
close
up
RU
Müasir kosmetologiyada istifadə olunan preparatlar

Müasir kosmetologiyada istifadə olunan preparatlar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir kosmetologiyada dərinin gəncliyini və gözəlliyini qorumaq üçün geniş çeşidli preparatlar və metodlar mövcuddur. 

“Qafqazinfo” xəbər verir ki, LBC MMC-nin və EKM İctimai Birliyinin təsisçisi, estet-həkim, dermatokosmetoloq Rəna Soltanova bunların əsas kateqoriyaları və dəriyə təsirini sadalayıb.

İnyeksion preparatlar

1. Botulin toksinləri

Botulin toksini (məsələn, Botox, Dysport, Xeomin vəs. ) - əzələlərin yığılmasına səbəb olan sinir impulslarını müvəqqəti olaraq bloklayan neyrotoksindir. Bu, mimik əzələlərin rahatlanmasına səbəb olur, nəticədə alın, qaşarası və göz ətrafındakı qırışlar azalır və ya tamamilə yox olur.

• Effekt: Dinamik qırışların azalması, dərinin hamarlaşması.

• Müddət: 3-6 ay, nəticəni qorumaq üçün prosedurun təkrarlanması lazımdır.

2. Dolğuları

Dolğular dərialtı həcmi bərpa etmək və üz konturunu düzəltmək üçün tətbiq olunur. Ən məşhur dolğular hialuron turşusu (Juvederm, Restylane, Jadore və s. ) və kalsium hidroksiapatit (Radiesse) əsasında hazırlanır. Hialuron turşusu nəmi yaxşı saxlayır və yanaq, üz sümüyü və dodaq kimi sahələrdə həcm bərpa edir.

• Effekt: Həcmin bərpası, dərin qırışların hamarlaşması.

• Müddət: Dolğu növündən asılı olaraq - 6 aydan 2 ilə qədərdi. 

3. Biorivitalizasiya vasitələri

Biorivitalizasiya - dərinin dərin nəmləndirilməsinə və kollagen sintezinin stimullaşdırılmasına kömək edən hialuron turşusu əsaslı preparatların yeridilməsini nəzərdə tutur. Bu prosedur dəri nəm balansını bərpa edir və ona daha elastik və hamar görünüş verir.

• Effekt: Nəmləndirmə, dəri tonusu və elastikliyinin bərpası.

• Müddət: Təxminən 12 ay, kurs 4-5 prosedurdan ibarətdir.

Aparat metodları

1. Lazer texnologiyaları

Lazer prosedurları dəri cavanlaşdırılması, piqment ləkələrinin, damar ulduzcuqlarının və çapıqların aradan qaldırılması üçün nəzərdə tutulur. Lazer şüası dərinin dərin qatlarına nüfuz edir, fibroblastları aktivləşdirərək kollagen və elastin istehsalını stimullaşdırır.

• Lazer növləri: Fraqmentar lazer, CO2 lazerlər, erbium lazer.

• Effekt: Dərinin teksturasının yaxşılaşması, elastiklik artımı, piqmentasiyanın azalması.

• Müddət: İlk prosedurdan sonra nəticə görünür və bir neçə ay ərzində güclənir.

2. Fototerapiya (IPL)

Güclü impulslu işıq (IPL) piqment və damar dəyişikliklərinin düzəldilməsi, dəri teksturası və tonunun yaxşılaşdırılması üçün tətbiq edilir. İşıq impulsları dəridəki xromoforlara təsir edərək piqmentin məhvinə və kollagenin stimullaşdırılmasına kömək edir.

• Effekt: Dəri tonunun bərabərləşdirilməsi, damar torlarının və piqment ləkələrinin aradan qaldırılması.

• Müddət: Hər bir prosedurdan sonra 3-4 həftəlik fasilələrlə təxminən 3-4 prosedur tələb olunur.

3. Radiofrekans liftingi (RF-lifting)

Radiofrekans liftingi dərinin dərin qatlarına radiofrekans enerjisi ilə təsir göstərən bir metodikadır, bu da toxumaların isinməsinə və kollagen, elastin istehsalının stimullaşdırılmasına səbəb olur.

• Effekt: Dərinin dartılması, teksturanın yaxşılaşması, elastikliyinin və tonusunun artması.

• Müddət: Bir neçə seansdan sonra görünən nəticə, təxminən 1-2 il davam edir.

İnnovativ texnologiyalar

1. Polisüd turşusu əsaslı preparatlar

Sculptra kimi polisüd turşusu kollagen sintezini stimullaşdıran biostimulyatordur. Dolğulardan fərqli olaraq, bu maddələr təbii olaraq kollageni stimullaşdıraraq tədricən və uzunmüddətli cavanlaşdırma təmin edir.

• Effekt: Təbiiyə yaxın həcm bərpası və dərinin teksturasının yaxşılaşması.

• Müddət: Nəticə bir neçə ay ərzində yaranır və təxminən 2 il qalır.

2. DNT əsaslı kosmetika

Dezoksiribonuklein turşusu (DNT) ehtiva edən kosmetika dərinin hüceyrələrini bərpa etmək və qorumaq üçün nəzərdə tutulub. DNT kompleksləri ilə kosmetik məhsullar dərinin bərpasını yaxşılaşdırır və sərbəst radikallara qarşı qoruyaraq qocalma proseslərini yavaşladır.

• Effekt: Elastikliyin artması, dərinin strukturunun yaxşılaşması.

• Müddət: Davamlı istifadə ilə dəstəkləyici effekt.

Bu preparatlar və metodlar hər bir şəxsin dəri xüsusiyyətlərinə və istəklərinə uyğun olaraq peşəkar həkim tərəfindən seçilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2024 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri