Icma.az
close
up
RU
Müasir təsirlər ailədə ata obrazını sarsıdırmı?

Müasir təsirlər ailədə ata obrazını sarsıdırmı?

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Müasir dövrdə atanın ailə içindəki rolu qloballaşma, texnologiyanın inkişafı, gender rollarının dəyişməsi və sosial-iqtisadi amillər səbəbindən dəyişir. Bu dəyişiklik ailə üzvlərinin bir-biri ilə açıq münasibətlər, uşaqların tərbiyəsində daha fəal iştirak və dəstək, eyni zamanda yeni ailə modellərinin formalaşması ilə müşahidə olunur və bu, ailə münasibətlərinə müxtəlif cür təsir edir.
Bu barədə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov Missiya.Az-a danışıb.
"Ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Bu da təsadüfi deyil. Belə ki, hər birimiz bir ailədə dünyaya göz açmışıq, böyümüşük, boya-başa çatmışıq. Hər birimiz bir atanın, bir ananın övladıyıq. Eyni zamanda, bizim sıralarımızda ailə quran hər bir kəs - həm kişilər, həm də qadınlar ailə qayğısını bölüşür və ailə məsuliyyətini öz üzərində hiss edir".
Sosioloqun sözlərinə görə, ataların uşaqlarla daha açıq və keyfiyyətli münasibət qurması, onları müstəqil hərəkət etməyə və ətraf mühiti kəşf etməyə təşviq etməsi uşaqların inkişafına müsbət təsir edir. Son illərdə ailə strukturlarının dəyişməsi, boşanmaların artması, anaların iş həyatında daha çox iştirak etməsi ilə ata və uşağın sağlam ünsiyyət qurması çox vacib hal alıb. İş o yerə çatıb ki, ata ilə uşaq arasında qeyri-adekvat və ya qüsurlu bir əlaqə az qala uşağın bütün həyatına mənfi təsir göstərəcək addımların təməlini qoyur, sağlam münasibət isə bir çox mühüm üstünlükləri təmin edir, məsələn, uşağın özünə güvənməsi, empatiya qurmağı bacarması və daha ictimai həyat sürməsi.
"Uşaqların şəxsiyyətinin təşəkkülündə ailə ilə münasibətlər mərkəzi yer tutur. Uşaq və yeniyetmələr davamlı olaraq ailə üzvləri ilə qarşılıqlı təsirdə olur, bu təsirin nəticəsində onların şəxsiyyətində dərin kök salan xüsusiyyətlər formalaşır. Ataların uşaqlarla hər yaş mərhələsində davamlı ünsiyyəti və birgə fəaliyyətləri onların hərtərəfli inkişafına ən böyük töhfəni verir. Ailə ilə vaxt keçirmək yalnız uşağın deyil, həm də ailə bağlarının möhkəmlənməsi üçün vacibdir. Ümumilikdə, valideyn-övlad münasibəti uşağın hərtərəfli böyüməsini və inkişafını təmin edir. Bu, onların davranışlarının, şəxsiyyətlərinin və dəyərlərinin əsasını qoyur".
Fariz Əkbərov bildirib ki, gender rollarındakı dəyişikliklər atanın ailədəki mövqeyinə yeni məsuliyyət və ya çətinliklər gətirib və müasir dövrdə gender münasibətlərində gedən dəyişikliklər cinslərarası münasibətlərdə mühüm hesab edilən tendensiyaların dəyişməsinin nəticəsidir. Qadınlar və qızlar dünya əhalisinin yarısını təşkil edir, bu isə həm də o deməkdir ki, onlar mövcud potensialın yarısını təşkil edir. Lakin hələ də gender bərabərsizliyi hər yerdə davam edir və sosial tərəqqidə durğunluq yaradır.
"Başqa sözlə desək gender bərabərliyi davamlı inkişafa nail olmaq üçün vacib şərtlərdən biridir. Sübut olunmuşdur ki, qadınların səlahiyyətlərinin artırılması məhsuldarlığa və iqtisadi artıma əhəmiyyətli dərəcədə təsir edir. Lakin, unutmayaq ki, ən başlıca səbəb gender bərabərliyinin fundamental insan hüququ olmasıdır. Cəmiyyətdə kişi və ya qadın olmaq anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir. Gender rolları dedikdə cəmiyyətin kişilər, qadınlar, oğlanlar və qızlar üçün uyğun hesab etdiyi davranışlar, vəzifələr və məsuliyyətlər nəzərdə tutulur. Nəticədə cəmiyyətdə qadın və kişilərin sosial rolları əhəmiyyət kəsb etmiş və onların cəmiyyətdəki rolunu müəyyən etmiş olur. Bəzən hətta gender rolları normalaşdırılmış və gündəlik həyatda əksinə daha da gücləndirilmiş olur".


İlahə Qənbərli
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see264

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see251

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see248

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see247

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see246

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see245

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see243

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see242

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see229

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see221

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see221

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see219

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see219

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see216

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see214

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see210

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see203

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see203

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see197

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri