Icma.az
close
up
RU
Mübarizə başladı: iki ölkə birləşə bilər, türklər istəmir

Mübarizə başladı: iki ölkə birləşə bilər, türklər istəmir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Moldova və Gürcüstanda keçirilən seçkilər regionda yeni reallıqların, həmçinin siyasi konfiqurasiyanın formalaşması kimi dəyərləndirilir. Bir çox ekspertin fikrincə,  Qərbə meylli postsovet ölkələrinin mövqeyini dəyişərək yenidən Rusiyaya istiqamətlənməsi ciddi siqnaldır.

Moldovada keçirilən prezident seçkilərində “Rusiyanın adamı” kimi təqdim olunan türk əsilli namizəd Aleksandr Stoyanoğlu kifayət qədər səs qazansa da, məğlub oldu. Avropayönümlü Maya Sandu yenidən prezident seçildi.

Gürcüstanda isə parlament seçkilərində avrointeqrasiya tərəfdarı olmayan Gürcü Arzusu Partiyası qalib gəldi. Son vaxtlar Ermənistanın da Rusiya ilə bağlı müsbət açıqlamaları diqqət çəkir.

Rusiyaya diqqətçəkən dönüş Ukraynada davam edən müharibə ilə bağlı ola bilərmi? Qərbdən uzaqlaşmanın əsas səbəbləri nələrdir?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, postsovet ölkələrində nüfuz qazanmaq uğrunda Rusiya və Qərb arasında mübarizə illərdir davam edir:

“Əslində Qərb ifadəsi tam doğru deyil. Çünki mübarizə konkret ABŞ və Rusiya arasında gedir. Moldova, Ermənistan, Ukrayna və Gürcüstanda bu proses özünü daha qabarıq şəkildə göstərir. Sözügedən ölkələrə diqqətlə baxdıqda cəmiyyətin Avropa İttifaqının (Aİ) üzvü olmaq istədiyini görmək mümkündür. Lakin bununla belə mövcud iqtidarlara səs verən qüvvələr ölkələrinin suverenliyindən narahat olduqları üçün bu addımı atırlar.


Zaur Məmmədov

Gürcüstan və Moldova seçkiləri arasında fərqlər var. Məsələn, Tbilisidə hakim Gürcü Arzusu Partiyasını seçənlər Aİ-yə inteqrasiyanın ölkənin suverenliyinə zərər vuracağını düşünən kəsimdir. Amma Moldovada konkret Aİ tərəfdarları və rus meyilli qüvvələrin şahidi olduq. Yəni bu qüvvələr seçkidə kimi istədiyini açıqca bildirdi”.

Politoloqun sözlərinə görə, Moldovada ölkənin gələcəyini Rumıniya ilə birləşməkdə, yəni Aİ-yə üzvlükdə görən şəxslər var:

“Bunun əks mövqeyində dayanan qüvvələr isə ruspərəstlərdir. Məsələn, qaqauz türkləri ruspərəst deyil, amma ittifaqa üzv olmaq da istəmirlər.

Ermənistanda da Moldovadakı kimi qütbləşmə var. ABŞ başda olmaqla Qərb Rusiyanı bu ölkədən çıxarmağa çalışır. Nəticədə nüfuz mübarizəsi və daxili çəkişmə ortaya çıxır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri