Icma.az
close
up
RU
“Müctəba Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər”

“Müctəba Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İki nüvə dövlətinin - ABŞ və İsrailin müsəlman torpaqlarına növbəti və müasir səlib yürüşlərinin 12-ci günü tamam olur. Ancaq ABŞ-İsrail ittifaqı hələ də əsas məqsədlərinə - İranda hakimiyyətin dəyişdirilməsinə və bu ölkənin də Qərbin nəzarəti altına keçməsinə nail ola bilmirlər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, İranda hakimiyyətin dəyişməsi isə təkcə bu ölkənin zəngin neft-qazına, mineral ehtiyatlarına Qərb şirkətlərinin çökməsi deyil, həm də olduqca strateji bir coğrafiyaya – Avropadan Çin sərhədinədək olan böyük bir regiona, bütün İslam dünyasına ABŞ-nin sahiblik etməsi deməkdir:

“Eyni zamanda, İranda Qərb hakimiyyətinin qurulması iki anti-amerikan gücün – Rusiyanın Yaxın Şərqə və Hind okeanına quru yolunun bağlanması, Çinin isə “Bir Kəmər-Bir Yol” layihəsinin həm quru, həm də dənizdən keçən mühüm hissələrinin, limanlarının ABŞ-nin nəzarəti altına alınması və beləliklə də, hər iki gücün iqtisadiyyatının gələcəkdə ABŞ-dən asılı hala düşməsi deməkdir...12 gündür davam edən raket zərbələriylə İran şəhərlərinə, iqtisadiyyatına və hərbi-siyasi elitasına çox böyük zərbə vurulsa da, bu, hələ İranda xaosa və idarəetmənin itirilməsinə gətirib çıxarmayıb.Əksinə, 28 fevralda Ali Dini Lider Seyid Əli Xamenenin ailə üzvləriylə birlikdə qətlə yetirilməsi qürurlu İran xalqını xarici işğalçılara qarşı səfərbər edərək, onların birləşməsinə və uzunmüddətli müqavimətin yeni motivasiyasına, indikatoruna çevrilib. Hərbi-siyasi elita isə ən çətin şəraitdə belə, yeni Liderini müəyyənləşdirməklə və paralel şəkildə ABŞ bazalarının yerləşdiyi ölkələrə sərrast cavab zərbələri endirməklə, həmçinin Hörmüz boğazını tamamilə bağlayacağı və dünya iqtisadiyyatına böyük zərbə vuracağı təhdidləriylə hələ idarəetməyə nəzarəti əlində saxladığını göstərir”. 

Politoloqun sözlərinə görə, ABŞ-İsrail tandeminin uğurlu quru əməliyyatları və İranın daxildən etnik zəmində qarışdırılması üçünsə İranətrafı ölkələrdən İraq, Türkiyə, Azərbaycan və Pakistan bu prosesə açıq dəstək verməlidir:

“Bu məqsədlə ABŞ-İsrail tandemi sözügedən ölkələrlə bağlı çox fəal informasiya-təbliğat işi, eləcə də “özgə bayraq” altında fitnəkar əməliyyatlar aparsa da, nə kürdləri, nə türkləri, nə də bəlucları prosesə qoşa biliblər. Xüsusən də Türkiyə-Azərbaycan-Pakistan rəhbərliyinin koordinasiyalı fəaliyyəti İrana qarşı bu ölkələr üzərindən yeni bir cəbhənin açılmasının, "ikinci Ukrayna” ssenarisinin işləkliyinin qarşısını alır.Bu şəraitdə müharibənin daha bir müddət uzanması isə bütün dünya boyu iqtisadiyyatın geriləməsinə, ABŞ-İsrail tandeminə qarşı müttəfiqləri olan ölkələrdə etirazların güclənməsinə, əməliyyatların tezliklə dayandırılmasına çağırışların artmasına gətirib çıxaracaq. Müharibənin uzanması isə ABŞ daxilində mövqeyi güclü olmayan və payız seçkilərində impiçment təhlükəsiylə üzləşəcəyi qorxusuyla yaşayan Trampın da maraqlarının əleyhinədir. Bu səbəbdən o, dünəndən etibarən, ictimai rəyi İranla danışıqlara hazırlamaq kursu seçib. Tramp iddia edir ki, İranın Hərbi Dəniz Donanmasını və nüvə silahı istehsal edə biləcək müəssisələrini, eləcə də ballistik raket ehtiyatının 90 faizini məhv ediblər. Bu, artıq İran əməliyyatının yekunlarıyla bağlı onu sorğulayacaqlara indidən ünvanlanmış mesajlardır ki, danışıqlarda irəli sürdükləri məqsədlərin bir neçəsinə müharibəylə nail olunub. Eyni zamanda, onun paralel şəkildə İran müharibəsindən qazancla çıxan və köməyinə ehtiyac duyulan Rusiyanı işə qoşması Cənubi Qafqaz və Ukraynada anlaşan Tramp-Putin duetinin İranın nüvə masasının qurulmasında da aktual olacağının işarəsi sayıla bilər. Bəs, İran necə, ABŞ-la danışıqlar masasına, yeni bir sazişin imzalanmasına gedəcəkmi?İslamin şiə məzhəbinə söykənən, qədim dövlətçilik ənənələri olan İran elitası, çox güman ki, bu məsələdə də rəsmi ideologiyasına əsaslanaraq, zəngin İslam tarixinə üz tutacaq: 661-ci ildə Həzrəti Əli (ə) qətlə yetiriləndə onun yerinə keçən oğlu Müctəba – İmam Həsən ümmətini qorumaq naminə öz şərtləri əsasında Müaviyə ilə razılaşmaya imza atmışdı. Baxmayaraq ki, Müaviyə sonradan bu şərtlərə əməl etməmişdi...İndi tarix oxşar adlar və situasiya ilə yenidən təkrar olunur: yenə də Əli oğlu Müctəba atasının Ramazanda qətlə yetirilməsindən sonra hakimiyyət başına keçib və o da bütün İslam coğrafiyasının qan gölünə çevrilməməsi, həm də vaxt qazanmaq üçün dövrümüzün Müaviyəsi ilə - Trampla öz şərtləri əsasında masa arxasına keçə bilər. Hələliksə savaş davam edir!”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Mart 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri