Müctəba Xameneyi atasının dəfn mərasiminə qatılacaqmı?
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın ali liderinin oğlu Müctəba Xameneyi mərhum atası Əli Xameneyinin dəfn mərasimində iştirak etməyəcək.
Bu barədə məlumatı "NBC News" telekanalı yayıb.
Məlumatda bildirilir ki, Müctəba Xameneyi müharibənin ilk günlərində atasının həyatına son qoyan hücum zamanı ağır xəsarətlər alıb. İddialara əsasən, onun üz və bədəninin müxtəlif nahiyələrində ciddi yanıq izləri var, ayağındakı ağır zədələr isə bir neçə cərrahi müdaxilə tələb edir.
"NBC News" qeyd edir ki, Müctəba Xameneyi müharibə başlayandan bəri nə ictimaiyyət qarşısına çıxıb, nə də hər hansı audio müraciətlə çıxış edib. Mənbələrin sözlərinə görə, onun sağlamlıq vəziyyətinin nə dərəcədə ağır olduğu və aldığı xəsarətlərin gələcək fəaliyyətinə hansı təsiri göstərə biləcəyi hələ dəqiq məlum deyil.
Rəsmi Tehran isə telekanalın səsləndirdiyi bu iddiaları indiyədək nə təsdiqləyib, nə də təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 04 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















