Icma.az
close
up
RU
Müctəba Xameneyi sağdır? Tabutlar bir bir sayıldı

Müctəba Xameneyi sağdır? Tabutlar bir bir sayıldı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın hazırkı  ali lideri Ayətullah Müctəba Xameneyinin sağ olub-olmaması ilə bağlı son aylar müxtəlif iddialar səslənir. 

Bəzi məlumatlarda onun  ağır yaralı olduğu, digər xəbərlərdə isə fevralın 28-də ailə üzvləri ilə bərabər İsrail hərbi hava qüvvələrinin bormbardmanı zamanı həlak olduğu bildirilir. 

Qeyd edək ki, Müctəba Xameneyinin həyatını itirməsi barədə deyilənlər hələ öz təsdiqini tapmayıb. Hətta ABŞ kəşfiyyatı və rəhbərliyi də onun sağ olduğunu, yaralı olması ehtimalını səsləndirir. 

İran rəsmiləri isə Müctəba Xameneyinin sağ olduğunu və strateji əhəmiyyətli qərarları birbaş ali liderin verdiyini deyir. 

Siyasi müşahidəçilərin fikrincə, Müctəba Xameneyinin sağ olub-olmadığı atası Ayətullah Seyid Əli Xameneyinin və ailə üzvlərinin dəfn mərasimi zamanı məlum olacaq. Ali liderin ailə üzvləri ilə vidalaşmağa gəlməməsi onun sağ olduğuna şübhə yaradır. 

İran hakimiyyəti Müctəba Xameneyinin  dəfndə iştirak etməməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Lakin sözügedən mərasimdə 100 ölkənin dövlət və hökumət başçıları, eləcə də siyasi və ictimai xadimləri iştirak edəcək. 

Yəni həmin şəxslərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub. Belə olan halda Müctəba Xameneyinin qatıldığı tədbirin bombardman ediləcəyi barədə deyilənlər də inandırıcı görünmür. 

Lakin Tehrandakı İmam Xomeyni adına Məsciddə keçirilən vida mərasimində qoyulan tabutların sayı Müctəba Xameneyinin sağ olduğuna dair ehtimallartı artırır. 

Xatırladaq ki, fevralın 28-də səhər saatlarında Ayətullah Seyid Əli Xameneyinin olduğu iqamətgaha 30 tona yaxın bomba atılıb. Həmin vaxt onun özü, həyat yoldaşı Mənsurə Xocəstə Bağırzadə, gəlini, Müctəba Xameneyuinin həyat yoldaşı  Zəhra Həddad Adel, Müctəbanın 14 aylıq qızı Zəhra Məhəmməd Qolpayeqani və Seyid Əli Xameneyinin kürəkəni Misbahül-hüda Baqeri Kəni (Ali Rəhbərin qızı Büşra Xameneyinin həyat yoldaşı) həlak olublar. 

Tehranda keçirilən dəfn mərasimində İranın dövlət bayrağına bükülmüş 5 tabut qoyulub. Onlardan biri Ayətullah Seyid Əli Xameneyiyə aiddir. Həmin tabutun üzərində mərhum ali liderin əmmaməsinin olması bunu sübut edir. 

İkinci tabut böyük ehtimalla ali rəhbərin xanımına məxsusdur. Üçüncü sırada gəlinin cənazəsi qoyulmuş tabut yer alır. Bunu Zəhra Həddad Adelin yanında kiçik uşaq tabutunun yer alması sübut edir. Körpənin tabutunun üzərində onun fotoşəkli də qoyulub. 

Digər tabutun isə ali liderin kürəkəninə aid olduğu şübhə doğurmur. Əgər Müctəba Xameneyi həlak olsaydı onun cənazəsinin olduğu tabut da vidalaşmaq üçün məscidə gətirilərdi. 

Üstəlik, o, ali lider statusuna malik olduğuna görə, bunu bildirən nişanə qoyulardı. Bütün bunlar Müctəba Xameneyinin sağ olduğu qənaətini yaradır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Müctəba Xameneyisağ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyul 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

02 İyul 2026 08:06see480

Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq NASA a alimindən Şərq ə MÜSAHİBƏ

01 İyul 2026 19:59see298

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see280

MOİK ə 280 manat cəza

02 İyul 2026 01:55see237

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see232

Həddindən artıq istilərdə nə yeməli, nə içməli ? Düzgün qidalanma

01 İyul 2026 22:45see231

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see212

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see202

Kanada “Avroviziya”ya qoşulub

01 İyul 2026 18:58see199

Minatəmizləmə, səhiyyə və kəndlər üçün ayrıca 20 milyon avro...

02 İyul 2026 04:16see197

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

01 İyul 2026 22:43see178

Stomatoloq dövrü sona çatır: Dişlərimizi robotlar düzəldəcək

01 İyul 2026 22:36see171

Rusiya tam təhlükəsizdir təsəvvürünə artıq heç kim inanmaq istəmir

02 İyul 2026 08:31see170

Xəstəxanalar iynəyarpaqlı ağaclarla niyə əhatələnir?

01 İyul 2026 19:03see168

Çinin bu kanalı nəzarətə götürməsinə imkan vermərik Tramp

02 İyul 2026 01:21see161

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see161

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see161

Trampdan bu ölkələrə PİS XƏBƏR

02 İyul 2026 04:05see159

Tramp: Kuba ABŞ a doğru irəliləyir

02 İyul 2026 02:25see158

Azərbaycanın TOP 10 özəl şirkətinin qeyri neft ixracı 2 dəfədən çox artıb SİYAHI

01 İyul 2026 23:08see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri