Icma.az
close
up
RU
Müdafiə naziri: Ordunun gücü və hərbçilərin peşəkarlığı istənilən təxribatlara qarşı məsuliyyət hissini artırır AZƏRTAC

Müdafiə naziri: Ordunun gücü və hərbçilərin peşəkarlığı istənilən təxribatlara qarşı məsuliyyət hissini artırır AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycan Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordunun komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar iştirakçılara çatdırılıb.

Xidməti müşavirə zamanı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və qoşun xidmətinin təşkili təhlil olunub.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin daha da yüksəldilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş növbətçiliyinin düzgün təşkil olunması ilə bağlı müvafiq göstərişlər verib.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması məqsədilə müxtəlif qoşun növlərinin cəlb olunması ilə keçirilən təlimlərin, müsabiqə və yarışların, eləcə də hərbi vəzifəlilərin təlim toplanışlarının intensivliyinin və keyfiyyətinin daha da artırılmasının vacibliyi qeyd olunub.

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar və onların müsbət nəticələri müşavirədə diqqətə çatdırılıb. Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilən silah, texnika və aviasiya vasitələrinin döyüşdə effektiv tətbiqinin öyrənilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Təhsil sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələrini qeyd edən müdafiə naziri bölmələrin yüksək bilik və bacarıqlara malik, peşəkar heyətlə komplektləşdirilməsi sahəsində görülən işlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Müşavirədə Azərbaycan Ordusunda hərbi intizam qaydalarına ciddi riayət edildiyi və mövcud intizam göstəricilərinin yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunda şəxsi heyətin gündəlik məişət şəraitinin, hərbi kollektivlərdə qarşılıqlı münasibətlərin, komandir və rəis heyətinin tabelikdə olanlara qarşı diqqət və qayğısının, həmçinin nizamnamə tələblərinə uyğun hərbi nəzakət qaydalarının real vəziyyətini öyrənmək məqsədi ilə mütəmadi yoxlamalar keçirilib və aşkar olunan neqativ hallara qarşı ciddi tədbirlər görülüb.

Daha sonra qış mövsümü tədbirlərinin gücləndirilməsinin, xüsusilə dağlıq ərazilərdə, sərt iqlim şəraitində yerləşən bölmələrdə ərzaq, əşya, yanacaq, odun ehtiyatının normalara uyğun saxlanılmasının, şəxsi heyətin sağlamlığına diqqət yetirilməsinin, mövsümi xəstəliklərdən qorunma və isti geyimlə təmin edilməsinin zəruriliyi bildirilib.

Nazir Ali Baş Komandanın müvafiq tapşırıqlarına əsasən şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərin plana uyğun davam etdirilməsi ilə bağlı göstərişlər verib.

Prezident İlham Əliyevin Zəfər parkının açılışı zamanı müraciəti və digər çıxışlarından irəli gələn tapşırıqlara toxunan müdafiə naziri Ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanılması üçün dövlət başçısı tərəfindən bütün imkanların yaradıldığını qeyd edib.

Müdafiə naziri bildirib ki, Ali Baş Komandanın Ordunun gücünü, hərbçilərin peşəkarlığını, fədakarlığını bir daha qeyd etməsi şəxsi heyəti daha da ruhlandırır və istənilən təxribatlara qarşı məsuliyyət hissini artırır.

General-polkovnik Z.Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Müşavirədə müdafiə naziri döyüş növbətçiliyinin aparılması, eləcə də gündəlik xidməti fəaliyyət zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunması və şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək səviyyədə saxlanılması barədə müvafiq göstərişlər verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see240

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see205

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see177

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see147

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see135

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see127

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see127

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see127

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see126

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see124

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri