Icma.az
close
up
RU
Müdafiə naziri xidməti müşavirə keçirdi

Müdafiə naziri xidməti müşavirə keçirdi

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Pravda.az-a bildirilib ki, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.

Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.

Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.

Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Aprel 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see128

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see127

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see121

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see120

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see119

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see118

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see117

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see116

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see115

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see108

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see107

Tovuzda məktəbdə olay: 5 şagird dəm qazından ZƏHƏRLƏNDİ

11 Aprel 2025 10:28see106

Türkiyə Superliqası: Qalatasaray 3 xalı 2 qolla qazandı

11 Aprel 2025 23:08see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri