Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

İKİ YOL AYRICINDA

İKİ YOL AYRICINDA

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nurəddin İSMAYIL

Ermənistanın sülh sazişi ilə bağlı beynəlxalq səviyyədə apardığı manipulyasiyalar bu ölkə rəsmilərinin sülhə hazır omaları barədə səsləndirdikləri bəyanatların, etdiyi çağırışların reallıqdan nə qədər uzaq olduğunu ortayaq qoyur.

Ağır, sarsıdıcı məğlubiyyətə düçar olan, təslimçilik aktına imza atan bir ölkə öz havadarlarının təhriki ilə yenidən militarist siyasətə üstünlük verirsə, demək ki, onun sülh sazişi haqqında səsləndirdiyi ən ciddi bəyanat belə, qeyri-ciddi səslənəcək.

Əlbəttə, hər iki ölkə rəhbərinin sülh sazişinə doğru atdığı addımlar, prosesin irəli getməsi üçün göstərilən səylər, daha çox vasitəsiz danışıqlara üstünlük verilməsi faktı, delimitasiya işlərində, az da olsa, uğurların əldə edilməsi təqdirəlayiqdir. Lakin bunlar yekun sülh sazişinin bağlanması üçün yetərli deyil və Ermənistan hakimiyyəti vaxt uzatmaqdansa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmə haqqında düşünməlidir.

Hazırkı reallıqlar isə bizə başqa nəsnələrdən xəbər verir. Bir gözü təzə “aşnası” Avropada, bir gözü zorən təbib boşanmaq istədiyi Rusiyada qalan Paşinyan hakimiyyəti siyasi qərarsızlıq içində çabalayaraq, bütün ümidlərini, ona nə vaxtsa uduş gətirə biləcək əlahəzrət zamana bağlayıb. Zaman isə, bir vaxtlar beynəlxalq situasiyanın onların xeyrinə işlədiyi 30 il bundan əvvəlki zaman deyil və siyasətdə zamandan düzgün yararlanma, hər şeyi zamanın ixtiyarına buraxmaq anlamına gəlmir.

Erməni başbilənləri əsrlər boyu olduğu kimi, yenə də öz ikiüzlü, hiyləgər siyasətini davam etdirir. Avropa siyasi turnesinə çıxan erməni rəsmiləri özlərini sülh göyərçini kimi təqdim edir, sülh sazişinin bağlanmasına hazır olduqlarını bildirir və sazişin alınmamasını Azərbaycanın yeni şərtlər irəli sürməsi faktı ilə əlaqələndirmək istəyirlər. Onlar öz dilləri ilə deyə bilmədiklərini Avropada qərarlaşan və böyük iqtisadi rıçaqlara yiyələnmiş erməni lobbisinin dili ilə deyirlər.

Erməni lobbisi tərəfindən maliyyələşən, para əldə edən bir sıra Avropa rəsmiləri utanmadan yenə də köhnə bayatılar oxuyaraq Qarabağ ermənilərinin etnik təmizləməyə məruz qalmasından, humanitar fəlakət yaşamasından, barələrində qanlı əməllərinə görə cinayət işi açılmış erməni hərbçilərinə qarşı məhkəmələrdə haqsızlıq edilməsindən vəz verirlər. Dövlət başçısı İ.Əliyev istər Bakıda keçirilən beynəlxalq forumlarda, istərsə də təmsil olunduğu beynəlxalq sammitlərdə sülh sazişi ilə bağlı ölkəmizin tələblərini ortaya qoyub və sülh üçün tələb olunan şərtlərə heç bir əlavə olunmadığını və bu şərtlərin dəyişməz olduğunu diqqətə çatdırıb. Azərbaycan, özü və ətrafı üçün baş bəlası, qan çanağı olan bu ölkə üçün edilən biləcək nə güzəşt varsa, edib. İndi top qarşı tərəfin qapısındadır. Sülh sazişinin təmin edilməsi üçün bütün şərtlər ortadadır və bu şərtlər beynəlxalq hüquq normalarını özündə ehtiva edən şərtlərdir.

İki əsas şərt üzrə - Ermənistanın konstitusiyasındakı ərazi iddalarının geri götürülməsi və amorf bir quruma çevrilən ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün real addım atılması Paşinyan hakimiyyətinin göstərəcəyi qətiyyətdən asılıdır. Təbii ki, Paşinyan özlüyündə Azərbaycan tərəfdən irəli sürülən şərtləri qəbul edib sülh sazişini bağlamaqla öz hakimiyyətini möhkəmlətmək, ona diş qıcayan rəqiblərindən, revanşist qüvvələrdən canını qurtarmaq istərdi. Lakin ortada onu hakimiyyətə gətirən yeni Avropa ağaları və bu ağalığa düşmən kəsilən köhnə Rusiya ağası var.

Paşinyan indi iki mizdə oturmağın səksəkəsini yaşayır. Avropa İttifaqına üzvülüklə bağlı prosedurların qanunverici orqanlarında müzakirədən keçməsi Rusiyanı cin atına mindirib və onsuz da xoş qəbul edilmədiyi bu ölkə üçün arzuolunmaz personaya çevrilib. Bütün iqtisadi strukturları Rusiyadan asılı olan Ermənistan, ya bu iqtisadi asılılığı qəbul edib əvvəlki forpost rolunu oynamalı, ya da ona iqtisadi bolluq, siyasi müstəqillik vəd edən Avropa seçimini etməlidir.

Rusiyaya, onun patronajlıq etdiyi iqtisadi, təhlükəsizlik sisteminə qayıtmağa üz yox, Avropa evinə inteqrasiya üçün etibar edilib axıra qədər gediləsi iz yox. Yeganə düzgün yol, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsinə, Ermənistanın özünün də iqtisadi fayda götürə biləcəyi beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə xidmət edən Zəngəzur dəhlizinin işə düşməsinə, iki ölkə arasında uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın açılmasına zəmin olan etibarlı sülh sazişinin imzalanmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri