Müdafiə Nazirliyi digər dövlət qurumları ilə birlikdə maarifləndirici tədbirləri davam etdirir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 1 iyul, AZƏRTAC
Müdafiə Nazirliyi ilə digər dövlət qurumları arasında təsdiq edilmiş birgə planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin, Baş Prokurorluğun və Respublika Hərbi Prokurorluğunun əməkdaşlarının, habelə tabe rayon (şəhər) prokurorlarının iştirakı ilə “Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair işlər üzrə icraatın xüsusiyyətləri” mövzusunda təlim keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində dinləyicilərə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın və inzibati xətalara dair icraatın aparılması ilə bağlı və digər aktual mövzular tədris edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Baxış sayı:57
Bu xəbər 01 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















