Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İsrail bu aviabazadan personalı təxliyə edir

Sumqayıt ın Antalya toplanışı

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Müdafiə Nazirliyindən 1 milyon 230 min oğurlamaqda ittiham olunan kapitanın məhkəməsi: 143 milyonluq oğurluq işi

Müdafiə Nazirliyindən 1 milyon 230 min oğurlamaqda ittiham olunan kapitanın məhkəməsi: 143 milyonluq oğurluq işi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabah, aprelin 11-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı istintaqa cəlb olunanlardan biridir.

Ötən prosesdə şahid qismində Soltan Soltanlı ifadə verib. Şahid bildirib ki, Vahid Novruzlu onun bacanağıdır: "Mənə dedi ki, qardaşım Almaniyadan pul göndərməlidir. Mən də hərbi qulluqçuyam, istəmirəm ki, kartıma pul gəlsin. Buna görə də mən də bank rekzivitlərimi ona göndərdim. Pulu nağdlaşdırdım və Beyləqana gələndə ona verdim. Həmin məbləğdən mənə pul çatmayıb”.

Dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, onun kartına Vahid Novruzlu üçün pul göndərilib: "Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulun miqdarı təxminən 2-3 min manat arası olardı".

Daha sonra şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, kartına göndərilən pul 3 min 155 manat olub. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Digər şahid Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu bacısının həyat yoldaşıdır: "Mənim kartına 3 min 917 manat pul gəlib. Mən də həmin pulu çıxararaq Vahidə vermişəm. Pulu kimin göndərdiyini əvvəlcədən bilməmişəm. Dedi ki, kartına pul gələcək, çıxarıb mənə verərsən. Mən pulu verəndə soruşdum ki, bu nə puldur. Dedi ki, qardaşım xaricdən göndərib".

Nicat Vəlizadə bildirib ki, Vahid Novruzlu onu hərbi hissədə qazanxanada işə düzəldib. Onun sözlərinə görə, əməkhaqqı müqaviləsi ilə işləyib, 400 manata yaxın əməkhaqqı alıb. Sualları cavablandıran şahid deyib ki, onun Vahid Novruzlunun 340 min manat mənimsəmə işindən xəbəri olmayıb, bu barədə istintaqa çağırılan zaman xəbər tutub. Şahid Eşqin Həsənov bildirib ki, hazırda hərbi hissələrdən birində maliyyə xidmət rəisinin köməkçisi işləyir. 2018-ci ildən xidmətə başladığını deyən şahid qeyd edib ki, əvvəl Vahid Novruzlu ilə birgə xidmət edib. Eşqin Həsənov bildirib ki, Vahid Novruzlu ilə ortaq tanışları olan Şaiq Bayramovun bank kartının rekvizitləri onlarda olub: "Həmin karta köçürülən pulu Şaiqdən Beyləqanda görüşən zaman aldım və işə gələndə Vahid Novruzluya verdim. Ondan bu pulun nə pul olduğunu soruşdum. Dedi ki, qardaşım Almaniyadan göndərib. Həmin vaxt pulu saysam da, hazırda məbləği xatırlamıram".

Bu səbəbdən Eşqin Həsənovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 2633 manat olub. Şahid həmin ifadəsini təsdiqləyib.
Digər şahid Füzuli Ələkbərov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin mühasibi işləyib: "Vahid Novruzlunu tanışım Elşən Salamovun vasitəsilə tanımışam. Mənim kartına 3 min manat pul gəldi. Mən də həmin pulu çıxararaq Elşənə vermişəm. Münasibətimiz yarandığı üçün mənim kartına dəfələrlə pul gəlib, mən də həmin pulu çıxararaq Elşənin kartına atmışam. Elşəndən həmin pulun nə pul olduğunu soruşmamışam. Vahid Novruzlu ilə tanışlığım əvvəllər olmayıb. Onu Elşən vasitəsilə tanımışam. İki dəfə oturub çay içmişdik". Daha sonra hakim bir neçə şahidin adını çəkib və onların məhkəməyə gəlmək istəmədiklərini deyiblər. Hakim tərəflərdən həmin şahidlərin barəsində hansı tədbirin görülməsini soruşub. Təqsirləndirilən şəxsin vəkili onların gəlməsini istəməyib. Təqsirləndirilən şəxsin özü də vəkili ilə razı olub.

Bildirib ki, həmin şahidlərin istintaq verdikləri ifadələrin oxuyub, onların dedikləri ilə razılaşıb. Yerində müşavirə keçirən hakimlər həmin şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar qəbul ediblər. Hakim Fikrət Əliyev bildirib ki, qərar icra olunması üçün şahidlərin yaşayış yeri üzrə Ağcabədi Rayon Polis Şöbəsinə göndəriləcək. İttihama görə, təqsirləndirilən şəxs xidməti dövrü ərzində müxtəlif hərbi hissələrdə maliyyə idarəsində baş mühasib vəzifəsində xidmət edib. Əsgərlərin, zabitlərin, fəhlələrin əməkhaqqını ödəmək, vergilərin verilməsi, hesabatların aparılması, görülən işlərin hərbi hissə komandirinə məruzə edilməsi onun vəzifəsi olub. Lakin təqsirləndirilən şəxs tamah məqsədilə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin vəzifəli şəxsləri ilə əlaqəyə girib, yalan məlumatlar daxil etməklə 848 min 338 manatı müxtəlif plastik kart hesablarına köçürməklə talayıb. Bununla yanaşı, o, daha sonra 381 min 755 manatı özü də daxil olmaqla müxtəlif şəxslərin 15 plastik kart hesabına köçürərək, mənimsəyib.
Vahid Novruzluya qarşı irəli sürülən digər ittiham isə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi ilə bağlıdır.
İttihama görə, o, 2024-cü ildə üzrlü səbəb olmadan xidmət etdiyi hərbi hissəyə qayıtmayıb. Qeyd edək ki, “N” saylı hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş kapitan Vahid Novruzlu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub. İlkin mərhələdə istintaq orqanı kapitana dövlətə vurulan ziyanı ödəmək şərti ilə azadlıqda qalmaq imkanı versə də, ziyan ödənilmədiyi üçün sonradan barəsində həbs qətimkan tədbiri seçilib. Müdafiə Nazirliyindəki 143 milyon manatlıq mənimsəmə faktı üzrə bir neçə icraatda cinayət işlərinə Bakı Hərbi Məhkəməsində baxılıb. 2022-ci ilin əvvəlində Müdafiə Nazirliyinin 4 zabiti - Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadə saxlanılıblar.

Bakı Hərbi Məhkəmənin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. Eyni zamanda təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev və digər şəxslər də DTX-nin vəsatəti əsasında həbs ediliblər. Onların hər biri də Bakı Hərbi Məhkəməsinin hökmü ilə məhkum olunublar. (Musavat.com)

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Aprel 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see188

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see170

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see146

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see146

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see144

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see137

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see137

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see135

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri