Icma.az
close
up
RU
Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasına aydınlıq gətirilib AzPolitika onlayn siyasiictimai qəzet

Müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddinin azaldılmasına aydınlıq gətirilib AzPolitika onlayn siyasiictimai qəzet

Əvvəllər bizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qədər olub.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Arzu Nağıyev bildirib ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: “Amma artıq bu gün ordunun komplektləşdirilməsində problem yoxdur. Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”.

Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.

seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri