Icma.az
close
up
RU
Müəllif, təəssüf ki, tələsib... Hekayə müzakirəsi

Müəllif, təəssüf ki, tələsib... Hekayə müzakirəsi

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az "Hekayə müzakirəsi" layihəsi çərçivəsində Əsəd Qaraqaplanın "Üçüncü həyat" hekayəsi haqqında qələm adamlarının fikrini təqdim edir.

Mətanət Vahid:

"Bədii mətn əgər içində bir sirri sıxıb gizləyibsə və oxucuya sirrin çözümünü deyil, ona düşən açar(lar)ı təqdim edə bilirsə, demək, alınıb. “Üçüncü həyat” hekayəsi əvvəldən sona sirrə fürsət vermədən çözümünü, sual yaranar-yaranmaz cavabını verir. Hekayənin mövzu və ideyasına uyğun mesajlar, bunları əks etdirən simvolika kifayət qədər üzdədir. Nəyisə əlavə şərh etməyə ehtiyac qalmayıb. İndiki zamanda irihəcmli hekayəni, əgər müzakirədə iştirakına görə məcbur deyilsə, oxucuya yalnız bir xüsusiyyət oxutdura bilər: təhkiyənin cazibədarlığı. “Üçüncü həyat” nəsr təfəkkürünün deyil, sadəcə, bir ağrının, narahat düşüncənin “yazıb qurtulmaq” məqsədli nəticəsi kimi oxunur. Oxunur və elə oradaca unudulur..."

Şərif Ağayar

Əsəd Qaraqaplan ədəbiyyatın insana aşıladığı gerçək azadlığın adamıdır. Bunun üçün problemlə də üzləşir, əziyyət də çəkir, sarsıntılar da yaşayır. Ən qəribəsi, heç bir vəziyyətdə həmin o azadlıqdan vaz keçmək ağlının ucundan da keçmir. Əksinə, onun üçün özünü fəda etməkdən, qurban verməkdən çəkinmir. Əsəd qocalmamaq üçün böyümək də istəmir. Sözün müsbət və yaxşı mənasında uşaq qalmağı seçir. O mənə gürcü kişilərini xatırladır. Bizdə belə tiplər, demək olar ki, yoxdur. Biz çox rasional, çıxarına baxan, bir addım qabağa getməkdən ötrü dondan-dona, sifətdən-sifətə düşən adamlarıq. Əsəd belə yaşamağı nəinki seçmir, həm də onu başa düşmür. Bu səbəbdən yazıçılıqdan əvvəl ədəbiyyatın qəhrəmanı kimi görünür. Onun spesifik insani cəhətlərindən ona görə ətraflı yazmaq istəyirəm ki, müzakirə etdiyimiz “Üçüncü həyat” hekayəsi də məhz özü ilə bağlıdır. Melanxolik bir əhvalda öz həyatından, öz yaşantılarından, çətin günlərdə onun yanında sədaqətlə dayanan, bütün əziyyətlərinə qatlaşan, mənim də yaxşı tanıdığım bir xanımdan bəhs edir. Hekayədə zərrəcə yalan, riya, hoqqabazlıq, yersiz “yazıçılıq” yoxdur, hər sözün, hər cümlənin altında təmiz yaşantı, həyati-hissi gerçəklik var. Buna görə xeyli maraqla oxudum və qiymətləndirdim. Bu dünyada hər kəsin öz mətni var və hər kəs öz mətnini yazanda gözəl olur. “Üçüncü həyat” Əsədin öz mətnidir. Davamı gəlsin.

Orxan Həsəni:

"Hekayə birmənalı alınmayıb. Müəllifin fəlsəfi söhbətlər eləmək üçün dəridən qabıqdan çıxması, perspektiv dəyişmək cəhdləri uğursuzluqla nəticələnir. Hekayə heç nə demir. Halbuki mövzu aktualdır. Alkoqolizmdən, narkotikdən əziyyət çəkən insanlar Azərbaycan reallığının bir parçasıdır. Təbii ki, Əsəd Qaraqaplanın yazıçılıq təcrübəsi bu uğurlu mövzuya hazırlaşmaq, yüz ölçüb bir biçmək üçün imkan yaratmalıydı. Təəssüf ki, o, tələsib."

Narıngül Nadir:

"Mən Əsəd Qaraqaplanı maraqlı şeirlərin müəllifi kimi tanımışam. Onun “Üçüncü həyat” hekayəsi deyərdim ki, mətn etibarilə şeirlərindən o qədər də fərqlənmir, sanki şeirlərinin daha geniş həcmli formasıdır. Melanxolik poetika hekayəni bir an da olsa, tərk etmir. Hekayədə bir sıra maraqlı fikirlər və uğurlu psixoloji məqamlar var. Amma müəllif mətndə bütövlükdə hekayə atmosferi yarada bilməyib. Təhtəlşüurda yaşananların eyni stixiyada təkrarlanması monotonluq yaradıb.
“Üçüncü həyat” hekayəsinin əsas qayəsi darıxan, tənha, özüylə baş-başa qalan insanın daxili iztirablarını bədii dillə oxucuya çatdırmaqdır. Müəllifin yaratdığı, tez-tez qarşılaşdığı obraz (hekayənin əsas obrazı) onun ikinci “Mən”idir. Hekayə boyu o, bu “Mən”dən qurtulmağa çalışır, mübarizə aparır. İş burasındadır ki, oxucu bunu asanlıqla hiss edir. Hətta bir yerdə müəllif özü də buna işarə edir. “Hərdən mənə elə gəlir, onu mən özüm yaratmışam”. Halbuki peşəkar nasirlər əsərlərində bu “saflıq”dan ustalıqla qaçır, əsərin sehrini qaçırmamaq üçün kodu açmamağa çalışırlar.
Əsəd Qaraqaplan hekayənin sonunda, nəhayət ki, nəfəslik açmağı bacarıb. Üçüncü həyatın qarşısında gözlənilən yaşıl işıq artıq gələcəyə ümid və inamdan xəbər verir. Bu baxımdan hekayənin sonluğunu daha uğurlu hesab edirəm."

Rəvan Cavid:

"Əsəd şeir yazmaq istəyib, sonra nəsrin daha populyar olduğunu xatırlayıb belə bir əcaib hekayə yazıb. Bu, nəzm dili ilə yazılmış yaxşı bir hekayə deyil, Əsədin özü ilə söhbətidir. Hadisələr havadadır. Demək olar ki, heç nə həll olmayıb. Bunları bir kənara atıb (ki, belə bir şey mümkünsüzdür) axıcı bir dili izləyib hekayədən zövq də almaq olmur. Əsəd şairdir, o da çoxları kimi həm də hekayə yazmaq istəyib. Alınmayıb. Uğursuz mətndir. Şair əgər hekayə yazacaqsa, şair kimliyini, yalançı, şairanə filosof pencəyini çıxarıb masa arxasına keçməlidir. Bu, mənim şəxsi fikrimdir. Əgər belə davam edəcəksə, bu hekayəni uğursuz eksperiment hesab edib yola davam edə bilər. Bir də, hekayə, fikrimcə, redaktə olunmayıb. Elə birinci cümlədən sonuncu cümləyə qədər. Uğurlar."

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə Xalq artisti kommunal borclara görə məhkəməyə verildi AYB-də İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see304

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see271

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see251

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see243

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see230

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see222

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see220

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see213

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see213

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see212

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see210

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see205

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see199

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see199

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see197

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see185

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see185

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see182

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri