Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Hekayə müzakirəsi

Hekayə müzakirəsi

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Kulis.az Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi haqqında qələm adamlarının fikirlərini təqdim edir.



Mübariz Örən :
"Orxan Cuvarlının "Musson küləkləri" hekayəsi əsl arı məhsuludu, - xalis bal pətəyi! - qüsursuz quruluşda dopdolu məlhəm".

İlham Əziz :

"Orxanın hekayəsi işarələrin rəqsidi. Onun mətndəki rahatlığı və səliqəsi məni heyran edir. Orxan hər keçən gün inkişafdadır.

“Musson küləkləri” realist mətn olmaqla bərabər sehrdən də xali deyil. Nübar dadında, hər oxuyanda bədii, estetik gözəlliklər ehtiva edən hekayədir. Orxana yeni-yeni uğurlar diləyirəm".

Samirə Əşrəf :
"Hekayənin dili və təsvirlər xoşuma gəldi. İnsanın tənhalığını qadın gözündən verməsi maraqlı idi. Son vaxtlar elə mənim özümün də hekayələrimdən ancaq kişi nəqlçilər boylanırlar. Ancaq bu dəfə qadın səsi eşitdim. Xüsusən, məişət, mətbəx detalları maraqlı idi. Hiss olunur ki, müəllif ciddi müşahidəçidir. Biz 60-cıların nəsrində kənd və şəhər arasında qalan insanlar barədə çox oxumuşuq. Burada həmin atmosferi hiss etdim.

Bir az da özümü, Qarabağ insanlarını xatırladım. İndi işğaldan azad olunmuş torpaqlara getmək istəyib də gedə bilməyən, orda yaşaya bilməyən nə qədər nisgilli insanlar var. Əvvəl getmək olmurdu, indi isə həyatında qurulumuş şəbəkəni dağıdıb, hardansa söküb gedə bilmirsən. Orxanın bu hekayəsi də məhz insan həyatının, taleyinin doğulduğu yerə məxsus olması haqqındadır. İndiki dinamik həyatımızda vaxt tapıb belə bir hekayə yazdığına görə təbrik edirəm. Davamı olsun!"

Cavid Ramazanov :

"Orxan Cuvarlı ip üstündə gəzib bu hekayədə. Necə xəfif, incə!
Hekayənin adı belə o incəlikdən xəbər verir.
"Qardaşımın atası" hekayəsini bu yaxınlarda oxumuş, çox bəyənmişdim. Bu hekayə haqqındakı qənaətimi möhkəmləndirdi".

Xəyyam Rəfili :

"Uşaq vaxtı nənəm mənə hər səhər bir xörək qaşığı bəhməzi zorla içirdərdi. Boğazımı yandırmağından, ağzımda saxlayıb, uda bilməməyimdən bəhməzə nifrət edərdim. Biraz böyüyəndən sonra başa düşdüm ki, bəhməzin içinə azca ərimiş sarı yağ qatıb, təzə təndir çörəyi ilə yeyəndə çox ləzzətli olur. Orxanın hekayəsi də içinə sarı yağ qatılmış bəhməz kimi ləzzət elədi. Hərdən boğazımı göynətdi, hərdən burnuma xoş ətri dəydi, hərdən də yağ kimi getdi. Hekayəni oxuduqca düşünürsən ki, bu dəqiqə bir şey olacaq. Ya kimsə uzaq bir yerdən gələcək, ya hekayənin qəhrəmanı atasına gözlənilməyən xəbər verəcək, ya da atası ona nəsə gizli bir sirr açacaq. Adamı intizarda saxlamağı bacaran (özü də şirin dillə) hekayələri sevməmək olmur.
Dil, üslub, təhkiyə kimi mövzulardan danışmaq istəmirəm, çünki bu iş tənqidçilərin öhdəsinə düşür. Mənə görə hər şey əladı. Təcrübəli bir qələmin redaktəsini hiss elədiyimi sevinərək demək istəyirəm. Yanıla da bilərəm. Amma kim redaktə edibsə, qələminə qüvvət, çox yaxşı edib. Orxanı da bağrıma basıb, təbrik edirəm".


Sara İbrahim :

"Bəlkə təsadüf idi, bəlkə də yox. Mən bu hekayəni kəndimizdə, yiyəsiz, yaşlı anamın ümidinə qalmış ata yurdumda oxudum və mənə elə gəldi, hekayəni mən özüm danışıram. Hər detal, hər bir cümlə mənə tanış gəldi. Bizim də bağımızın meyvələri çürüyüb torpağa qarışır, quşlara, qarışqalara yem olur.
Hekayə xoşuma gəldi, birnəfəsə oxudum. Hekayədə ola bilsin, çatışmazlıq, qüsurlar var, amma mən onları görmək iqtidarında olmadım. Məni o qədər duyğulandırdı ki, xaraba yurddakı tənha atadan başqa heç nəyi görə bilmədim.
Orxan Cuvarlıya yeni, mükəmməl hekayələr yazmağı arzulayıram".

Vüqar Van :

"Nə yalan deyim, "Musson küləkləri" hekayəsini birinci dəfə oxuyanda yaxşı başa düşmədim, başa düşmədiyim üçün həm qəribə zövq aldım, həm də əsəbiləşdim. İkinci dəfə oxudum. İkinci dəfə başa düşdüm.
Ədəbi qiymətləndirmələrin gəlib-keçici, ötəri olduğunu bilirəm, amma mütləq demək lazımdır ki, Orxanın "Musson küləkləri" hekayəsi son dövlər yazılmış ən yaxşı hekayələrdəndir.

Mənim çox xoşuma gəldi.
Orxanı təbrik edirəm, daha çox yazmağını arzulayıram və kitabını maraqla gözləyirəm".


Nadir Yalçın :

"Orxan Cuvarlının hər yeni mətni əvvəlkini üstələyir. Bu hekayədə ekspozisiya ilə mətləb arasında mübarizə gedir. Belə mətnlərə ip üstündə təkayaq dayanan hekayə də deyə bilərik. Təhlükəlidir. Bir ötəri ehtiyatsızlıqla mətləb, hekayə janr kimi ekspozisiyaya, mənzərəyə uduza bilər burda. Ona görə rəylərin hamısı birmənalı olmaya bilər. Bu mənada belə mətnlər müəllifdən cəsarət istəyir. Cuvarlı cəsarət göstərib. Uğurlar".

Rəvan Cavid :

"Çox bəyəndim. Hekayə adama yazmaq üçün motivasiya verir. Dostlarım bilmirəm necə dəyərləndirəcək, amma bu hekayədə dəhşətli bir yalqızlıq var. Ağrılı, ağır. Və bu həngaməni belə sadəliklə təqdim eləmək uğurdur. Hekayə insanın ekzistensial yalqızlığını gündəlik rutinlər, yırtıq kreslo, rütubətli pəncərə və sakit pişik kimi detallarla daxili boşluğa, tənhalığa fokuslanaraq göstərir. Mətnin fəlsəfi qatı var. Yarandığı yerin sosial istismarı var. Obrazların iki nəfərlik təkliyi var. Çox şey var, əslində. Ayrıca bir yazı yazmaq lazımdır. Sadə təsvirlər o qədər dəqiqdir ki, ağır psixoloji yükü daha kəskin şəkildə çatdırır, melanxoliyanın gündəlik həyatla necə qarışdığını göstərir. Obrazın keçmiş xatirələri, xüsusilə ailəsi və babası ilə bağlı yaddaş epizodları, kədərin zamanla necə qarışmasının şəklidir. Bu da melanxoliyanın sadəcə anlıq deyil, davamlı bir təcrübə kimi, periodik “yaşadığının” ifadəsidir. Çox qəliz danışmaq istəmirəm, dediyim kimi, hekayə haqqında mütləq yazmaq lazımdır. Ümid edirəm, buna fürsətim olacaq.

Orxanı cani-könüldən təbrik edirəm".

İslahatçı, ilahiyyatçı, yoxsa yazıçı? - Erazm Martin Lüterə niyə qoşulmamışdı? Gənc qızlar nə üçün söyüşlə danışırlar? Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri