Icma.az
close
up
RU
Müəllim nüfuzu: cəmiyyətin tərəqqisi üçün vacib amil

Müəllim nüfuzu: cəmiyyətin tərəqqisi üçün vacib amil

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarix boyu müəllimlər cəmiyyətin ən hörmətli və etibarlı insanları sayılıblar. Müəllim yalnız öyrədən, bilik verən deyil, həm də gələcək nəsli tərbiyə edən, onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayan şəxsdir. Onlar zaman-zaman cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı hesab ediliblər. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirib müəllimlər.

Həmişə insanların gözündə bir müəllim obrazı olub. "Elə bilirdik ki, müəllim çörək yemir, su içmir" - bu, onillər ərzində cəmiyyətdə hakim bir düşüncə olub. Müəllimə heç zaman adi yanaşılmayıb, adi baxılmayıb. Müəllim peşələrin ən şərəflisi olub. Hörmət əlaməti olaraq nüfuz sahiblərinə, şəxsiyyətli insanlara müəllim sözü müraciət forması kimi işlənib. İndi də bu müraciət forması hörmət əlaməti olaraq işlənir. Nüfuz əlaməti olaraq deyil. Çünki artıq müəllim adının nüfuzu əvvəlki kimi deyil.

Müəllim nüfuzu - müəllimin biliyi, davranışı, etik dəyərləri və peşəsinə olan münasibəti nəticəsində qazandığı hörmət və etibardır. Bu nüfuz şagirdlərin ona olan inamını, valideynlərin əməkdaşlığını və həmkarların ehtiramını formalaşdırır. Müəllimin nüfuzu onun öz peşəsinə necə yanaşmasından, şagirdlərə və valideynlərə qarşı davranışından, cəmiyyət içindəki fəaliyyətindən asılıdır. Müəllim nüfuzu ifadəsi müəllimin cəmiyyətdə, məktəbdə və şagirdlərin gözündə ona olan hörmət və etibarı bildirir. Bu hörmət, müəllimin bilik və bacarığına, davranışına, ədalətinə, tələbkarlığına, insani keyfiyyətlərinə əsasən formalaşır. Yüksək nüfuza sahib müəllimlər şagirdlər üçün həmişə örnək olub.

Şərəfli, ancaq çətin və ən məsuliyyətli peşə sayılan müəllimliyi seçən bir vəzifənin öhdəsindən layiqincə gələn müəllim şagirdlərinin yaddaşında bir ömür qalır.

Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dünya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.

Peşəkar pedaqoq, sözün əsl mənasında yaxşı müəllim, qayğıkeş və dəyərli insan kimi şagirdləri tərəfindən sevilən İlhamə Hümbətova da yaddaşlarda daim qalacaq müəllimlərdəndir.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 318 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan İlhamə Hümbətova da ölkənin gələcəyi üçün savadlı, bilikli, vətənpərvər insanlar yetişdirməyə çalışır. 18 illik pedaqoji təcrübəsi olan İ.Hümbətova vəzifəsini layiqincə yerinə yetirərək müəllim adını zirvəyə ucaldır. O deyir ki, şagirdlər müəllimi örnək alır, ona hörmət edir və dəyər verir. Dərsə maraq artır, şagirdlər dərsi daha məsuliyyətlə izləyir və iştirak edir. Valideynlər müəllimə güvənir, onlarla əməkdaşlıq edir, təhsilin inkişafına töhfə verir. Məktəbdə pozitiv mühit formalaşır, həmkarlar arasında sağlam əməkdaşlıq yaranır. Cəmiyyətdə müəllimin rolu yüksəlir, müəllimlərə münasibət layiqincə ifadə edilir: "Müəllim öz ixtisasını dərindən bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa malik olmaqla yanaşı, peşəsinin vurğunu olmalı, onu ürəkdən sevməlidir. Çünki bu işdə əsas amillərdən biri sevgidir: müəllim öz işini və şagirdlərini sevməli, onlara qayğı ilə yanaşmalı, onları başa düşməli, hər birinə fərdi yanaşmağı bacarmalı, problemlərini, qayğılarını öyrənməli, münasibətləri əməkdaşlıq səviyyəsində qurmalı, öz qabiliyyəti, davranışı, geyimi, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə də şagirdi cəlb etməlidir".

Onun sözlərinə görə, müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqdır müəllim: "Bu peşəni digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir dəyərli insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllimlər yetişdirib. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaq".

İlhamə Hümbətovanın fikrincə, müəllimlərimiz ictimai etimadı peşələrinə sədaqət, millətə sevgi ilə, yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə doğrulda bilirlər. Bu gün onların üzərinə  daha böyük və məsuliyyətli vəzifə düşür: texnoloji tərəqqinin tamamilə dəyişdiyi yeni dünyanın vətəndaşlarını yetişdirmək. Həmişə öz missiyasının öhdəsindən peşəkarlıq və ləyaqətlə gələn Azərbaycan müəlliminin bu gün zamanın yeni çağırışlarına da adekvat cavab verə biləcəyinə şübhəmiz yoxdur. Tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq böyük şərəf və məsuliyyət yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi deyil. Çünki təhsil üçün yaradılan ən yaxşı şərait, ən mükəmməl maddi-texniki təchizat, ən müasir texnologiya və təlim üsulları peşəkar müəllim olduqda daha çox səmərə verə bilər.

İlhamə Hümbətova vurğulayıb ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq: "Bu gün Azərbaycan müəlliminin əsas vəzifəsi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Müəllimin qarşısındakı şagirdi öyrətməyi üçün sevməyi və bu sevgini ötürməyi də əsas şərtlərdən biridir. İnsan nəyisə sevməsə, onu ürəksiz etdiyi kimi, şagird də həm öyrəndiyini, həm də onu öyrədəni sevməlidir. Ona görə də öyrədən və öyrənən arasında qarşılıqlı hörmək və sevgi vacibdir. Müəllim şagirdlərinə öz övladı kimi yanaşmalı, qayğı və diqqət göstərməlidir. Mənim üçün şagirdlərimin hər biri əzizdir. Müəllim kimi onlara daim diqqət və qayğı ilə yanaşır, şagirdlərimi öz ölkəsinə və millətinə layiqli savadlı, bilikli vətəndaşlar kimi yetişdirməyə çalışıram. Əsl müəllim pedaqoji metodlardan məharətlə istifadə edərək oxumayan, ipə-sapa yatmayan şagirdlərdə oxumağa həvəs və maraq yaratmağı bacarandır. Peşəsini vicdanla yerinə yetirən əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibətilə şagirdin qəlbində taxt qurmağı, onun yaddaşında yaxşı mənada həmişəlik qalmağı bacarmalıdır. Şagird isə bunun müqabilində sadəcə müəllimə hörmət etməlidir. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmət və sevgidir. Müəllim olduğu kimi davranarsa, uşağın qəlbinə yol taparsa, şagird onu sevəcək. Ən gözəl sevgi şagirdlərin sevgisidir. Bu sevgi təmənnasız, şərtsiz və sidq ürəklə olur".

Müəllimin söylədiyinə görə, dünənin şagirdləri ilə bugünün şagirdlərinin davranışı, həyata baxışı çox fərqlidir. Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq, həm də psixoloq olmalıdır: "Müəllim dərs dediyi şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini bilməli, buna uyğun davranmalı və rəftar etməlidir. Müəllim səbirli, təmkinli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın gələcəyi asılıdır. Şagirdlər günlərinin çox hissəsini məktəbdə keçirirlər. Onların həm müsbət, həm də mənfi tərəfləri müəllim tərəfindən aşkar olunur. Müəllim şagirlərdə aşkar etdiyi mənfi cəhətlərlə aradan qaldırmağa çalışmalı, onları müsbət istiqamətə yönəltməlidir. Müəllim şagirdə öz övladı kimi davranmalı, ona həm təhsil, həm də tərbiyə verməlidir. Müəllimlik peşəsini seçən insanda öyrətmək sevgisi olmalıdır. İlk dəfə sinfə daxil olanda, artıq hiss edirsən ki, sən məsuliyyət daşıyırsan. Məhz ilk dəfə sinfə daxil olanda, bu peşəyə aid olduğumu bildim. O zaman anlayırsan ki, sən çox məsuliyyətli, bir o qədər də şərəfli bir yükün altına girmisən. Mən hər gün bu peşənin məsuliyyətini daha çox dərk edirəm. Valideyn tək öz övladı üçün narahat olur, müəllim isə sinifdəki bütün uşaqların gələcəyi haqqında fikirləşir, onların düzgün təlim-tərbiyə almaları üçün əlimdən gələni edirəm. Valideyn tək övladının valideynidirsə, müəllim bütün sinifin, şagirdlərinin valideynidir. Bu, çox təsirli, ağır, həm də qürurvericidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see317

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see124

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see118

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri