Müəllim uşaqları pərt elədi: Oyun çıxarmayın Video
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Son günlər sosial şəbəkələrdə müəllimə şokolad vermək trendi ilə bağlı çoxsaylı videolar yayılıb.
Ölkə.Az xəbər verir ki, istər orta məktəblərdə, istərsə də, universitetlərdə təhsil alanlar müəllimdən əvvəlcə əllərini açmasını xahiş edir. Müəllim əlini açdıqda isə şagird və tələbələr şokolad gətirib verirlər.
Bu trend artıq son günlərdə kütləvi şəkildə tətbiq edilir.
Sözügedən videolar sosial şəbəkələrdə böyük əksəriyyət tərəfindən pozitiv hal kimi qiymətləndirilir.
Bu gün isə sosial şəbəkələrdə yayılan başqa bir videoda müəllimlərdən birinin trenddən imtina etməsi öz əksini tapıb. Universitetdə çəkildiyi güman edilən videoda kişi müəllim ondan əlini açmasını istəyən tələbələrə etiraz edir.
"Ay qız əyləş, özünüzdən oyun çıxarmayın", - deyə müəllim söyləyib.
Tələbələr nə qədər təkid etsələr də, müəllim onlarla razılaşmayıb.
Həmin görüntüləri təqdim edirik:
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















