Icma.az
close
up
RU
Müəllim ve nazirliyin elmi işçisi 100 nəfərdən çox şəxsin pulunu mənimsəməkdə ittiham olunur Məhkəmə

Müəllim ve nazirliyin elmi işçisi 100 nəfərdən çox şəxsin pulunu mənimsəməkdə ittiham olunur Məhkəmə

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çoxsaylı şahidlərin ifadələri gözlənilsə də, yalnız bir şahidin iclasda iştirak etməsi məlum olub. Prosesə sədrlik edən hakim cinayət işində 101 şahidin adının keçdiyi halda, yalnız bir nəfərin iclasa gəlməsinə iradını bildirib.
Şahid İntiqam Nuriyev ifadəsi zamanı Eyvaz Niftəliyevi tanıdığını deyib:

"Mən Eyvaz Niftəliyevi "TikTok"da tanımışam. Elə bilirdim hüquqşünasdır. Sosial yardım almaqla bağlı ona müraciət etmişəm. Sənədlərin hazırlanmasında mənə kömək edəcəyini demişdi. Buna görə də, onun kartına 250 manat ödəniş etmişəm. 5 ay gedib-gəldik, bir nəticə əldə edilmədi. Aldığı pulu da qaytarmadı".

Şahid digər təqsirləndirilən Ramis Hümmətovu isə tanımadığını deyib. Eyvaz Niftəliyev buna etirazını bildirərək şahidin yaddaşında problem olduğunu bildirib.

Eyvaz Niftəliyev aldığı pulu Ramis Hümmətovla yarı böldüyünü vurğulayaraq qeyd edib ki, Ramis Hümmətov bu kimi işlardə vergi məsələləri ilə bağlı ona yaxından kömək edib. Bütün işlərdə Ramis Hümmətovun onun yanında olduğunu bildirib.

Digər şahidlərin ifadələrinin alınması üçün proses oktyabrın 16-dək təxirə salınıb.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarənin böyük elmi işçisi olub.

Eyvaz Niftəliyev isə əvvəllər Şamaxı rayonunda müəllim vəzifəsində çalışıb.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətov barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Eyvaz Niftəliyev su vulkanlarının tədqiqatının aparılması ilə bağlı şəxslərlə müqavilə bağlamaq və digər müxtəlif işlərlə baglı üzərinə öhdəlik göturərək 100 nəfərdən artıq insanın pulunu mənimsəməkdə təqsirləndirilir.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Oktyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri