Müəllimi maşınla vurub öldürən taksi sürücüsünə hökm oxundu KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş Pərviz Rzayevə hökm oxunub.
KONKRET.az xəbər verir ki, “Planet” şadlıq evinin qarşısında “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada İbrahimov Faiq Oruc oğlunu vuran 1995-ci il təvəllüdlü sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona cəzasını məntəqə tipli müəssisədə çəkməklə 3 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. P.Rzayevin sürücülük hüququ da bu cəzanın başa çatmasından sonra 1 il 6 ay müddət üçün məhdudlaşdırılıb.
Qeyd edək ki, qəzada həyatını itirən Faiq İbrahimov Bakıxanov qəsəbəsində yerləşən 271 nömrəli orta məktəbdə biologiya müəllimi işləyirmiş.//Qafqazinfo
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 17 Mart 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















