Icma.az
close
up
RU
Bu qədər müəllimin maaşı 35% artırılıb

Bu qədər müəllimin maaşı 35% artırılıb

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901 müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.

N.İsmayılbəyli əlavə edib ki, sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlanılır. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq.

Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.

Gülnar Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri