Müəllimlər 5 ildən bir attestasiyadan keçirilsin TƏKLİF
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllimlər 5 ildən bir attestasiyadan keçməlidir.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən ictimai dinləməsində Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
“Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər. Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir”.
Komitə sədri vurğulayıb ki, son keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən, bu imtahanlar mütəmadi olaraq 5 ildə bir dəfə və ya 7 ildə bir dəfə keçirilməlidir.
Polad Bülbüloğlu bildirib ki, mədəniyyət sahəsində olan şəxslərdə insanlıqdan başqa istedad olmalıdır.
"Bu istedad hər insanda olmur, bu səbəbdən də bölgələrdən istedadlı uşaqlar Bakıda oxumağa göndərilməlidir", - o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Mart 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















