Müəllimlər günü ilə bağlı XƏBƏRDARLIQ: Hədiyyə yığılması...
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü əlaqədar olaraq təhsil müəssisələrinin rəhbərlərinə xəbərdarlıq məzmunlu rəsmi tapşırıq ünvanlayıb.
“Yeni Sabah” Yurd.Media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırov tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə göndərilən sənəddə bildirilir ki, məktəblərdə təhsilverənlərlə təhsilalanlar və onların valideynləri arasında münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə qətiyyətlə əməl olunmalıdır.
Xəbərdarlıqda xüsusi olaraq vurğulanır ki, təhsilverənlər tərəfindən valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyələrin (maddi və qeyri-maddi nemətlər, qiymətli əşyalar, pul və s.) istənilməsi, qəbul edilməsi, habelə bu məqsədlə hər hansı təşəbbüsün təşkili tamamilə qadağandır və bunun qarşısı dərhal alınmalıdır. Toyuqlu pizza
Məktəb rəhbərlərinə tapşırılıb ki, qeyd olunan tələblərlə bağlı müəllimlər, şagirdlər və valideynlər arasında maarifləndirmə işləri aparılsın, qaydalara riayət olunmasına ciddi nəzarət edilsin və hər hansı pozuuntu və yaneqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görülsün.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 03 Oktyabr 2026 07:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















