Icma.az
close
up
RU
Müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək AÇIQLAMA

Müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək və qalan zamanda müəllim şagirdlərlə işləyəcək. 

Nazirin açıqlaması ilə bağlı Redaktor.az-a danışan Azərbaycan dili və ədəbiyyat müəllimi, repetitor Emma İbrahimova bildirdi ki, yeni sistem heç bir müəllimi qane etməyəcək:

"Həm məktəb müəllimi, həm də repetitoram. Emin müəllim heç vaxt özünün aldığı maaşın yarısını məktəb müəlliminə verə bilməyəcək. Ona görə də mən düşünürəm ki, repetitor müəllim hal-hazırda öz üzərində işləyən, özünü təkmilləşdirən, inkişaf etdirən bir müəllimdir. Çünki repetitor repetitorluq sahəsində özünü tanıdan, özünü inkişaf etdirən müəllimlə özünü səviyyə baxımından ölçür. Ona görə özünü daim inkişafda saxlayır. Mən düşünürəm ki, bu tipli müəllimlər hamısı məktəbdən könüllü şəkildə imtina edəcək. Hazırda sizə müsahibə verə-verə dərsdən sonra repetitor kimi fəaliyyətimi davam etdirirəm. 14:30-dan 19:00-a qədər dərsdə oluram. Mən ailəmi bu sahə ilə maliyyələşdirirəm. Məktəbdən aldığım 500-600 manat maaşı mən bir xəstəxanaya girib bir analizim üçün verib çıxıram. Düşünürəm ki, bu, heç bir müəllimi qane eləməyəcək. Əgər Emin Əmrullayevin bu qərarı həyata keçəcəksə, mən bir müəllim olaraq könüllü şəkildə işimdən imtina edəcəm".

Müsahibimizin fikrincə, müəllimlər çox sıxışdırılır, üzərinə çox düşülür:

"Bir məsələni həll etmək üçün biz nəticəyə yox, səbəbə köklənməliyik. Emin müəllim bizim nazirimizdir, mənim Emin müəllimə böyük hörmətim var. Amma ola bilsin ki, işin çoxluğundan Emin müəllimin də bir az fikirlərində qarışıqlıq yaranıb. Yəni əsas səbəbə köklənmək lazımdır. Nəyə görə məktəbdə dərs yoxdur, nəyə görə məktəbdə sistem qura bilmirlər. Əsas məsələlərə toxunmaq lazımdır. Birbaşa müəllimə zaman məhdudiyyəti qoymaqla əsəbinə toxunmaq, sinirinə toxunmaq düzgün bir qərar deyil. Onsuz da təhsil üçün verilən qərarlar, çox təəssüflər olsun, düzgün verilmir. İnşallah ki, gələcəyimiz olan uşaqlarımızın xeyrinə qərarlar verilər".

Emma İbrahimova hesab edir ki, bir müəllim işləməyəcəksə, onu bir saat yox, beş saat da məktəbdə saxlasan, həmin müəllim olmayacaq:

"Bu saat fərqinin, işləməyən, inkişaf etməyən, savadı olmayan müəllim üçün heç bir fərqi yoxdur. Əksinə onlar müəllimin məvacibini qaldırmalıdır. Müəllimə dəyər verməlidir ki, müəllim sinifə girəndə özünü əsl müəllim kimi, dəyərli hiss etsin. Yoxsa müəllim sinifə girib, aptekə girib alacağı müalicənin pulunu hesablamasın, onun fikri ilə dərs keçməsin. Mən belə müəllimlər tanıyıram. Bu məsələ çox geniş məsələdir. Mən bu qərarla qəti şəkildə razı deyiləm. Əgər elə bir qərar da olsa, ilk növbədə məktəbdən imtina eləyən müəllim mən özüm olacam. Mənim repetitorluqdan qazandığım pulu mənə saat 6-ya qədər verəcəklər?".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri