Icma.az
close
up
RU
Müəllimlər kredit bataqlığında: Banklar onların maaşının 50 faizini borca tuturlar

Müəllimlər kredit bataqlığında: Banklar onların maaşının 50 faizini borca tuturlar

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Vətəndaşın gəlirindən kredit borcu tutulduqdan sonra ona yaşayış üçün minimumundan az vəsait qalır”– Əkrəm Həsənov.

Azərbaycanda bank kreditlərindən istifadə edən vətəndaşların əksəriyyəti borclarını ödəməkdə çətinlik çəkir. Yüksək faiz dərəcələri, aşağı gəlirlər və məhkəmə qərarları vətəndaşlarla banklar arasında mübahisələri artırır. Bu vəziyyətdən xüsusi ilə ən çox əziyyət çəkən təbəqələrdən biri də müəllimlərdir.

Stabil gəlirə sahib olduqları üçün banklar onları şirnikləndirici reklamlarla kredit məhsullarına cəlb edirlər. Lakin kreditin ödənilməsində yaranan gecikmələrdə məhkəmələr vətəndaşların ağır sosial durumunu deyil, bankların mənafeyini müdafiə edirlər.

Mingəçevirdə yerləşən Şahlar Şükürov adına 35 saylı Kəlbəcər orta məktəbin müəllimi Pəhləvan Süleymanov pandemiyadan öncə “Unibank”dan 1200 manat kredit götürüb. Lakin gəlirlərinin azalması, xərclərinin artması və ailədə tək işləyən şəxs olması səbəbindən borcunu ödəməkdə çətinlik yaranıb.

Məhkəmə P. Süleymanovun borcunun onun maaşından tutulması haqqında qərar çıxarıb. Qərar icraya yönəldildikdən sonra icra məmuru azmaaşlı müəllimin məvacibinin tam 50 faizinin borcun ödənilməsinə yönəldilməsi barədə məktəbə bildiriş göndərib.

Şikayətçinin maaşından vergi və sosial sığorta ödənişlərini də çıxdıqda, əlinə gələn qazancı minimum yaşayış səviyyəsinə belə çatmır.

Süleymanov Pəhləvan Gununsesi.info-ya etdiyi şikayətdə bildirir ki, dörd nəfərlik ailəsində tək işləyən şəxs kimi ağır sosial çətinliklə üzləşib:

“İki övladım var, onlardan biri tələbədir. Mənə qalan gəlir artıq onların xərclərini qarşılamağa kifayət etmir. Çalışdığım məktəbə və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə müraciət edərək maaşımdan tutulan məbləğin azaldılmasını istədim ki, borcumu hissə-hissə, hər ay 100 manat ödəyim. Lakin hazırda 615 manat əməkhaqqımın 50 faizi tutulur. Əlimdə heç 300 manat qalmır. Bu məbləğlə dörd nəfərlik ailəni necə dolandırım? Əvvəllər atamın krediti var idi və mən ona zamin durmuşdum. O vaxt məktəbin mühasibi ilə razılaşaraq, borcumu hər ay 50 manat ödəyirdim. İndi yenə ödənişin azaldılması üçün müraciət etdim. Ancaq mənə bildirildi ki, icraya yönəlmiş kreditlərə artıq məktəblər deyil, Regional Təhsil İdarəsi baxır. İdarənin mühasibi ilə əlaqə saxladım, mənə dedilər ki, bu, sədr Fuad Bədəlovun göstərişidir – borcun 50 faizi tutulmalıdır. Fikirləşmirlərmi bir müəllimin maaşı nədir ki, onun da yarısını borca yönəltsinlər? Olmazdımı ki, ayda 100 manat tutulardı?”, – deyə şikayətçi qeyd edir.

Qeyd edək ki, məsələ ilə əlaqədar Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin sədri Fuad Bədəlovla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi.

Bəs qanunvericilik bu haqda nə deyir?

Hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, gəlirlərdən tutulmalar “İcra haqqında” Qanunla tənzimlənir. Həmin qanunda tutulmalar üçün yuxarı hədlər müəyyən edilib. Lakin icra məmurları birmənalı olaraq vətəndaşların sosial durumunu nəzərə almadan ən yüksək həddi tətbiq edirlər.

“Əgər məhkəmə borclu şəxs barəsində qərar çıxarıbsa, orada ödənilməli faiz göstərilmir. Məhkəmə qərarında yalnız borcun ödənilməsi tələb edilir. Daha sonra bu qərar icraya yönləndirilir. “İcra haqqında” Qanuna əsasən, borclunun əmlakı yoxdursa, məbləğ onun maaşından tutulur. Qanuna görə, şəxsin aylıq gəlirinin 50 faizinədək borca yönəldilə bilər. Əgər borclu aliment ödəyirsə, bu halda ümumi tutulma 70 faizə qədər artırıla bilər”, – hüquqşünas bildirir.

Əkrəm Həsənov əlavə edir ki, vətəndaşın maaşından 50 faizədək tutulma mümkündür, lakin bu, məcburi deyil:

“Neçə faiz tutulacağına icra məmuru qərar verir. Təcrübədə isə icra məmurları borcun tez bağlanmasını istədikləri üçün maksimum həddi – 50 faizi tətbiq edirlər. Çünki borcun tez bağlanmasını istəyirlər. Daha sonra bu qərarı borclunun iş yerinə göndərirlər”.

Ə. Həsənov onu da bildirir ki, vətəndaş icra qərarından şikayət etmək istəyirsə, bunu yalnız məhkəmə yolu ilə edə bilər:

“Borclu şəxs məhkəməyə müraciət edərək hakimdən maaşından 50 faiz deyil, daha az tutulmasını tələb edə bilər. Məhkəmə bu müraciət əsasında tutulma məbləğini mübahisələndirə və qərarı dəyişə də bilər. O cümlədən dəyişməyə də. Lakin təcrübəmiz göstərir ki, belə hallarda məhkəmələr adətən borclunun deyil, bank nümayəndəsinin tərəfini saxlayır.”

Hüquqşünas maaşdan tutulmalar zamanı vətəndaşın sosial vəziyyətinin nəzərə alınmamasını ədalətsiz hesab edir:

“Belə hallarda borclunun vəziyyətinə baxılmalıdır. Onun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin edəcək qədər vəsaiti özündə saxlanılmalıdır. Dövlətin müəyyən etdiyi yaşayış minimumu var və icra qərarlarında bu hədd nəzərə alınmalıdır. Lakin buna əməl edilmir, nəticədə vətəndaşın gəlirindən kredit borcu tutulduqdan sonra ona yaşayış minimumundan az vəsait qalır. Belə olan halda isə vətəndaşa deyirlər ki, “get, acından öl”. Digər tərəfdən, qanunvercilikdə olan boşluğa görə dövlət dolayısı yolla məcbur edir ki, vətəndaşlar qeyri-rəsmi işləsin. Bank borclarının qaytarılması şərtləri əlavə sosial problemlər yaratsa da, buna əhəmiyyət verən yoxdur. İcra məmurları isə bu məsələdə olduqca acımasız davranır və mərhəmət göstərmirlər”.

Vüsalə Rüstəmova
Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Fevral 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri