Icma.az
close
up
RU
Sertifikasiyadan zəif bal toplayan müəllimlər rayonlara göndərilə bilər?

Sertifikasiyadan zəif bal toplayan müəllimlər rayonlara göndərilə bilər?

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı Azərbaycanda artıq bir neçə ildir ki, təhsilin keyfiyyətinə təsir edən əsas mexanizmlərdən biri kimi tətbiq olunur. Bu sistemdə aşağı bal toplayan namizədlər adətən Bakı və iri şəhərlərdəki məktəblərə yox, daha çox ucqar rayon və kənd məktəblərinə yönləndirilir. Bu, müəyyən mənada “seçici yerləşdirmə” prinsipinə əsaslanır. Yəni yüksək bal toplayan müəllimlərin seçim imkanları geniş olur, az bal toplayanlar isə mövcud boşluqlarla kifayətlənirlər. Bu modelin əsas məqsədi regionlarda müəllim çatışmazlığının qarşısını almaqdır. Lakin bu yanaşma həm təhsilin keyfiyyəti, həm də bərabər təhsil imkanları baxımından suallar doğurur.

Sertifikasiya imtahanı isə mahiyyətcə fərqli bir mərhələdir. Bu imtahan artıq işləyən müəllimlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır və əsasən iki nəticə doğurur: müəllimin əmək haqqısının artırılması və ya onun işdə qalmaq hüququnun qiymətləndirilməsi. 2023-cü ildə sertifikasiyada iştirak edən ibtidai sinif müəllimlərinin orta nəticəsi 54 bal olmuşdu, onların təqribən 80 faizi imtahanı müvəffəqiyyətlə keçmişdi. Lakin 20 faizdən çox müəllimin nəticəsi minimum keçid balından aşağı idi və bu müəllimlər ya müddətli müqavilə ilə işə davam etdilər, ya da müqavilələri uzadılmadı. Bu yanaşma bir çox hallarda müəllimlərin iş yerlərini itirməsi ilə nəticələndi.

Hazırda sertifikasiyada zəif nəticə göstərən müəllimlərin dərhal sistemdən çıxarılması təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşısa da, bu yanaşmanın sosial və praktiki baxımdan ciddi çatışmazlıqları mövcuddur. Bu müəllimlər uzun illər ərzində sistemdə fəaliyyət göstəriblər, bir çox hallarda dağ kəndlərində, resursları məhdud olan məktəblərdə çalışıblar. Belə müəllimlərin tədris imkanları ilə şəhər məktəblərində işləyən müəllimlərin imkanlarını müqayisə etmək doğru deyil. Ədalətli yanaşma tələb edir ki, onların biliklərini artırmaq üçün dəstək proqramları, təlimlər və alternativ yerləşdirmə yolları təklif olunsun.

Dünya təcrübəsində bu sahədə fərqli yanaşmalar mövcuddur. Məsələn, Finlandiyada müəllimlərin qiymətləndirilməsi prosesində imtahan yox, davamlı müşahidə, həmkar qiymətləndirməsi və inkişaf planları əsas tutulur. ABŞ-da isə müəllimlərin performans dəyərləndirilməsi əsasən “value-added” modeli ilə aparılır və nəticədə zəif nəticə göstərən müəllimlər üçün professional inkişaf proqramları hazırlanır. Onlara dərhal işdən çıxarılmaq əvəzinə, müəyyən müddət ərzində özlərini inkişaf etdirmələri üçün şans verilir. Sinqapur və Cənubi Koreya kimi ölkələrdə isə müəllimlərin rotasiyası daha sistemli aparılır – yəni həm yüksək, həm də zəif nəticə göstərən müəllimlər dövri olaraq fərqli məktəblərdə işləməyə göndərilir və bu şəkildə bilik və təcrübə paylaşımı artırılır.

Azərbaycan təcrübəsində isə bu mexanizm hələ formalaşmayıb. MİQ imtahanında aşağı bal toplayan namizədlərin rayonlara göndərilməsi praktikası bəlli qədər məntiqəuyğun görünsə də, sertifikasiya imtahanında bu yanaşma tətbiq edilmir. Halbuki bu imtahandan da aşağı nəticə göstərən müəllimlərin birdən-birə sistemdən uzaqlaşdırılması əvəzinə, onların təhsilin daha çox ehtiyac duyulan rayonlarına yönləndirilməsi daha funksional bir model ola bilərdi. Belə yanaşma həm regionlarda müəllim çatışmazlığını azaldar, həm də zəif nəticə göstərən müəllimlərə öz üzərində işləmək və təcrübə qazanmaq fürsəti verərdi.

Lakin bu modelin mənfi cəhətləri də var. Əgər bu proses məcburi şəkildə həyata keçirilərsə, bu zaman müəllimlərin motivasiyası kəskin şəkildə azala bilər. Həmçinin ailəli, uzun illər bir bölgədə çalışan müəllimlərin başqa rayona göndərilməsi ciddi sosial narazılıq doğura bilər. Bu baxımdan, prosesin könüllülük əsasında həyata keçirilməsi, müəllimlərə alternativ təkliflərin verilməsi, maddi dəstəyin göstərilməsi zəruridir.

Müsbət tərəfdən baxdıqda, bu model regionlar üçün bir fürsət ola bilər. Çünki hazırda Azərbaycanın bir çox kənd məktəblərində kadr çatışmazlığı mövcuddur və bəzən bu boşluqları heç kim doldurmur. Əgər sertifikasiyadan zəif nəticə göstərmiş müəllimlər həmin yerlərə yönləndirilsə və onların ixtisasartırma prosesləri paralel aparılsa, həm onların özlərini inkişaf etdirməsi təmin olunar, həm də region şagirdləri təhsildən məhrum qalmaz.

Sonda qeyd etmək lazımdır ki, müəllimlərin qiymətləndirilməsi və yerləşdirilməsi məsələsi yalnız rəqəmlərlə həll olunmamalıdır. Bu, sosial, pedaqoji və etik məsələdir. Əgər məqsədimiz təhsildə keyfiyyəti artırmaqdırsa, müəllimlərin bacarıqlarını artırmaq, onları dəstəkləmək və daha ədalətli bölgü mexanizmləri yaratmaqla bu məqsədə çatmaq mümkündür.

Kamran Əsədov, 

Təhsil eksperti 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Mart 2025 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri