Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

Gündə neçə banan yemək olar? Faydaları

Müəllimlər məktəbdə qalmağa məcbur deyillər EKSPERT

Müəllimlər məktəbdə qalmağa məcbur deyillər EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni təhsil modeli 2 illik eksperimentdir, 2 ildən sonra olmayacaq

Avropa 15 saat, Asiya 60 saat işləyir. Biz hansı yolu seçirik?

Son günlərin əsas müzakirə mövzusu müəllimlərin ştat vahidi sisteminə keçirilməsi, müəllimlərin dərs saatlarından sonra da məktəbdə qalıb əlavə işlərlə məşğul olmasını tələb edən sistemin tətbiq ediləcəyi ilə bağlıdır. Məsəl günlərdir müzakirə olunur, müsbət yanaşanlarla yanaşı mənfi yanaşanlar, tərifləyənlər, tənqid edənlər hamı bir-birinə qarışıb. Lap bizim hazırkı təhsil sistemimiz kimi. Elə bir dolaşıq vəziyyət yaranıb ki, kələfin ucu haradadır, kimin əlindədir, bilinmir.

Bu ucu birisi tapsaydı, dartıb kələfi açardı. Bəlkə, təhsilimiz ağ günə çıxardı. Belə bir vəziyyətdə elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” verilişində yeni sistem barədə danışıb, müəmmalı vəziyyətə aydınlıq gətirib, gətirməyib, onu təhsil sahəsinin mütəxəssisləri daha yaxşı bilər. E.Əmrullayevin açıqlaması belədir: “Bir daha qeyd etmək istəyirəm ki, müzakirə mədəniyyəti hər bir işin təkmilləşməsində mühüm rol oynayır. İstənilən iş müzakirə edilərsə, daha təkmil olar. Çünki atalarımızın dediyi kimi, ağıl ağıldan üstündür. Xüsusilə ictimai maraq və əhəmiyyət kəsb edən məsələlərin ictimai müzakirəsi Elm və Təhsil Nazirliyi olaraq hər zaman dəstəklədiyimiz bir yanaşmadır. Amma təəssüf ki, hələ də bu sahədəki xoş niyyətimiz arzuedilən nəticələr vermir. Son günlər geniş müzakirələrə səbəb olan təklif edilmiş islahatın əsas mahiyyəti ondan ibarətdir ki, 2027-ci ildən başlayaraq 2030-cu ilədək mərhələli şəkildə müəllimlərin maaşı saathesabı əsasda hesablanmaqla yanaşı, yüksək nəticə göstərmiş müəllimlərə könüllü əsasda ölkə üzrə orta əməkhaqqından 2 dəfə çox əməkhaqqı təklif edilməklə həftədə 30-36 saatlıq tam ştat əsasında da əməkhaqqı hesablansın.   

Müzakirələr zamanı əsas problem kimi 3 məqamı xüsusi vurğulamaq istərdim:

Əvvəla, ən təəccüb doğuran və məntiqsiz görünən məqam odur ki, təklif olunan fikirlər bir kənarda qalır, cəmiyyət isə məsələyə heç bir aidiyyəti olmayan (və ya mövzudan xəbərsiz) şəxslərin uydurduğu və ya təhrif etdiyi fikirləri müzakirə etməyə başlayır. Məsələn, “müəllimlərin əməkhaqqı sistemi saathesabı sistemdən tamştatlı sistemə keçməlidir” fikri “müəllimlər axşam saat 6-ya qədər işdə qalacaqlar” fikri kimi təhrif olunur və bütün müzakirələr bu təhrif edilmiş (və bayağı) fikir əsasında aparılır. Buna görə də xahiş edirik ki, təklif nədirsə, onu müzakirə edək, təhrif edilmiş fikirlər Elm və Təhsil Nazirliyinə aid olmadığı üçün müzakirə etməyək.

İkinci məsələ isə müzakirələr zamanı əsas fikri detallardan ayıra bilməməkdir. Əsas fikir yuxarıda qeyd edilib. Əgər bu, yaxşı fikirdirsə və məqbul hesab edilirsə, detalları sonra da müzakirə etmək olar. Məsələn, “bu islahatı etmək üçün infrastruktur yoxdur” və ya “uzaq məsafədən müəllim necə işə gəlib gedəcək” kimi məqamlar əsas fikir yox, detaldır. Əgər əsas fikir bəyənilirsə, bu halda detalları da müzakirə etmək olar. Yox, əgər əsas fikir səhvdirsə, onda detalları müzakirə etmək mənasızdır.  

Digər məqam isə hörmətli media nümayəndələrimizin təqdim edilən məlumatların içərisindən detalları ayırıb neqativ xəbər kimi verməsi həvəsidir. Dünən İctimai Televiziyada bu islahat haqqında ətraflı məlumat verdik. 1 saata yaxın təqdimat yerli media orqanlarının birində “210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI” başlığı ilə təqdim edildi. Halbuki bu verilişdə həm də 1589 manat alan müəllimlərin sayı açıqlanmışdı və bu say 210 manat maaş alan müəllimlərin sayından ən azı 4 dəfə çoxdur. Hörmətli media mənsublarımız hər hansı səbəbdən bu fərqi ya görmədilər, ya da görsələr də, paylaşmaq istəmədilər. Bu, sadəcə bir misaldır, bu cür neqativə köklənmiş davranışın arxasında hansı sosial-psixoloji səbəblərin dayandığını isə yəqin ki, sahə mütəxəssisləri araşdırmalıdırlar. 

Bu məqamlara toxunmağı vacib bildim, təbii ki, ictimai müzakirə aparmaq özü bir bacarıq tələb edir. Zamanla inanıram ki, bu istiqamətdə də müsbət irəliləyiş olacaq. Nikbin olmaq lazımdır – bu gün təhsil sistemində mənfidən daha çox müsbət proseslər baş verir. Hər birinizə uğurlar arzulayıram!”.

Bu günlərdə məlum məsələ ətrafında mütəxəssislərin bir çoxu fikir bildirdiyinə və “adətimizə uyğun” hər kəs də təmsil olunduğu tərəfin mövqeyini müdafiə mövqeyindən çıxış etdiyinə görə, fərqli bir izaha ehtiyac duyulur. “Altun” Kitab Evinin direktoru, bir çox dərsliklərin müəllifi olan fəlsəfə doktoru Rafiq İsmayılov Sherg.az-a açıqlamasında tətbiqi gözlənilən ştat vahidi, 8 saatlıq iş rejimi və sair məsələlər barədə danışdı: 

- Hərdən özümü qoyuram müəllimin yerinə, düşünürəm ki, görəsən niyə 8 saatlıq iş rejimi hamını belə narahat edir? Axı əksər müəssisələrdə 5 günlük, 8 saatlıq iş rejimidir. Amma ağlıma gəlir ki, bu rejim, o rejimdən deyil. Gündə 8 saat işləyən mühəndis, mühasib, məmur və başqa birisi iş yerində istəyəndə xəyala dalır, iş yoldaşına bir lətifə danışır, durub özünə bir stəkan çay süzür. Sinifdə dərs deyən müəllimin belə bir lüksü yoxdur. O, 45 dəqiqənin 35-ni ayaq üstə keçirir, 30-35 şagird qarşısında hər an sözünə, duruşuna, oturuşuna fikir verməli olur. Hələ bəzi uşaqlarla yaşanan psixoloji gərginliyi demirəm. Bəs dünya təcrübəsində “dərs saatı + əlavə məktəb öhdəlikləri” modeli necə qurulur? Maraqlıdır ki, bu model Avropada və Şərq ölkələrində tamamilə fərqlidir. Avropa ölkələrində (Almaniya, İtaliya, Fransa və s.) əsas ölçü dərs saatıdır, məktəbdə keçirilən vaxt deyil, yəni “saat 8-dən 5-ə kimi məktəbdə olmalısan” kimi bir sistem yoxdur. Müəllim əlavə məktəb öhdəliklərini evdə yerinə yetirir: dərs planı yazır, şagirdlərin işlərini yoxlayır, layihələr hazırlayır, öz inkişafı üçün vaxt ayırır. Əlbəttə, bizdəki kimi, bəzi günlərdə məktəbdə qalmaq məcburiyyəti var (müəllim iclası, pedaqoji şura, valideyn iclası və s.). Yeri gəlmişkən, bu ölkələrdə dərs materialları nazirlik, məktəb tərəfindən təmin edilir, kağız üzərindən sənədləşmə çox azdır, qiymətləndirmə rəqəmsal olur. Bizdə 8 saatlıq iş rejimini təklif edənlər, çox güman ki, Şərq modelindən çıxış edirlər. Çin, Yaponiya, Sinqapur kimi ölkələrdə müəllimlik çox hörmətli peşə olsa da, müəllimlərin iş yükü çox ağır, iş həyatı çox streslidir. (Maaş məsələsinə toxunmuram.) Bu ölkələrdə müəllimin iş saatı məktəbdə keçirdiyi vaxtla ölçülür. Bu isə ortalama həftədə 45-50 saatdır (Yaponiyada – 60 saat). Həmin ölkələrdə daimi qiymətləndirmələr, valideyn təzyiqi, layihələr müəllimin həyatını stresli edir. Biz Şərq modelini seçirik? 

Yəqin, ona görə ki son onilliklərdə Çin, Koreya, Sinqapur kimi ölkələr dünya təhsil reytinqində böyük sıçrayış ediblər və hazırda bu xalqlar passionarlıq dövrünü yaşayırlar. Amma təhsilin səviyyəsini yüksəltmək üçün yalnız müəllimlərin iş rejimi ilə bağlı Şərq modelini bizdə tətbiq etmək kifayətdirmi? Güman etmirəm.

Rafiq İsmayılov Avropa və Şərqi Asiya ölkələrindəki təhsil modelini əks etdirən cədvəl də təqdim edib. Buradan görünür ki, məsələn, Almaniya, Fransa, İtaliyada müəllimlərin iş-dərs saatı 15-25, Çin, Yaponiya, Sinqapurda 45-50 saatdır. Avropa məktəblərində müəllim dərs saatından sonra məktəbdə qalmır və ya könüllüdür, Asiya ölkələrinin məktəblərində isə qalır. Valideyn təzyiqi Avropa məktəblərində orta, az səviyyədə, Asiya məktəblərində yüksəkdir. Müəllimin ictimai nüfuzu birincilərdə normal-yüksək, ikincilərdə çox yüksəkdir. Sosial həyat da Avropa məktəblərində balanslı, o birilərində iş mərkəzlidir. 

Mütəxəssis qeyd edir ki, bu cədvəl Avropa və Şərq təhsil sistemlərinin mahiyyətcə iki fərqli yanaşma üzərində qurulduğunu açıq şəkildə göstərir. Avropa modeli müəllimin rifahını, sosial balansı və psixoloji rahatlığı önə çəkərkən, Şərq modeli daha çox intizam, uzun iş saatları və yüksək məsuliyyət üzərində dayanır.

R.İsmayılov onu qeyd etdi ki, təklif olunan model hələ ki layihə şəklindədir: 

- Bu, layihədir. Sadəcə, eksperimentdir. 2 il müddətinə nəzərdə tutulur. 2 ildən sonra olmayacaq. Həm də könüllüdür. Bütün müəllimlər dərsdən sonra məktəbdə qalmağa məcbur deyillər. Belə modellər var dünya ölkələrində. İndi də bizdə tətbiq etmək istəyirlər. 

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri Kamran Əsədov da elm və təhsil nazirinin İctimai TV-nin “Diqqət Mərkəzi” verilişindəki çıxışından gəlinən nəticəni belə təqdim edib: 

- Tam ştat müəllimlərin iş saatı mütləq gün ərzində 6 olmayacaq, bu göstərici gün ərzində 4 və ya 5 saat da ola bilər. Bu kateqoriyaya aid müəllimlərin sayının təxminən 20 minə çatacağı gözlənilir. Hazırda 142 min müəllim var. Tam ştat müəllimlər həftəlik 18–24 saatlıq dərs yükü üzrə aldıqları əməkhaqqından əlavə əlavə ödənişlər də əldə edəcəklər. Yeni model ölkədə bütün məktəbləri və müəllimləri əhatə etməyəcək; müəllimlər bu məktəblərə könüllülük əsasında qoşula biləcəklər. Bu məktəblərdə çalışan müəllimlər ikinci sertifikasiya imtahanında yüksək nəticə göstərdikdə, üçüncü imtahandan azad olunacaqlar. İkinci imtahanda yenidən yüksək nəticə göstərən müəllimlərə maddi və sosial baxımdan müsbət üstünlüklər veriləcək. Qəsəbə və kənd məktəblərində dövlət hesabına həqiqi təmayül siniflər yaradılacaq və həmin siniflərdə yalnız seçilmiş müəllimlər dərs aparacaq. Kiçik məktəblər müəyyən meyarlar nəzərə alınaraq optimallaşdırılacaq. Gələcəkdə (uzun müddət sonra) universitetlərə tələbə və məktəblərə müəllim qəbulu imtahan üsulundan fərqli olaraq qismən müsahibə yolu ilə də həyata keçirilə bilər.

P.S. Eksperimentlə bağlı müəllim və təhsil müətəxəssislərinin əsas iradı isə budur: Əgər məktəbdə müəllimin əyləşməyə sinif otağı, stulu yoxdursa, palto-plaşını asmağa asılqan, test kitabları və dəftərlərini saxlamağa rəf tapmırsa, hətta gün ərzində ayaqyolundan da istifadə edə bilmirsə, o müəllim məktəbdə qala bilməz.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 Noyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see233

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see212

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see137

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see126

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see123

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see121

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri