Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Müəllimlər seçim qarşısında: Ya 2 min maaş, ya repetitorluq?

Müəllimlər seçim qarşısında: Ya 2 min maaş, ya repetitorluq?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər aktual olan mövzulardan biri də müəllimlərin iş saatı ilə bağlı dəyişikliyin ediləcəyidir. 

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işlənilir: 

“Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan müəllimi məktəbin tam hüquqlu bir hissəsi olduğunu hiss etsin. Hazırda üzərində işlədiyimiz yanaşma ondan ibarətdir ki, tam ştatlı müəllimin əməkhaqqı ölkə üzrə orta əməkhaqqından ən azı iki dəfə yüksək olmalıdır. Çünki hazırkı statistika müəllimlərin 4–6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə daxil edir və bu, yanlış təsəvvür yaradır. 

Eyni zamanda, müəllimin öz əməkhaqqını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm də doğru deyil və dəyişdirilməlidir. Biz konsepti ictimaiyyətə məhz ona görə təqdim etmişik ki, geniş və konstruktiv fikir mübadiləsi aparılsın”. 

Nazir qeyd edib ki, məsələnin mahiyyəti dəyişməlidir: 

“Yəni saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq. Bizim təklifimizə kiminsə əks təklifi varsa, dinləməyə hazırıq. Bu problemi qısa zamanda həll etmək qeyri-mümkündür. Buna illər lazımdır. Əsas məsələ odur ki, problemin həlli təklifi irəli sürülüb. Zamanla da bu problem həllini tapacaq”. 

Qeyd edək hazırda aktual olan bu mövzu ictimaiyyət, o cümlədən müəllimlər tərəfindən də birmənalı qarşılanmayıb. Məktəblərdə müəllimlərin iş rejimi ilə bağlı tətbiq ediləcək yeni qayda barədə müsbət fikirlər səslənsə də, bu prosesin mənfi tərəfləri də qeyd edilir. Burada sual doğuran məqamlardan biri də odur ki, bu proses direktorlarla müəllimlər arasında yeni neqativ hallara, eləcə də repetitorluğun məktəbə “ayaq açmasına” gətirib çıxarmayacaqmı? 

Təhsil eksperti Rizvan Fikrətoğlu “Cümhuriyət”-ə bildirib ki, müəllimlərin 8 saatlıq iş rejiminə keçməsi müsbət haldır: 

“Çünki burada stabil maaş olacaq, orta əməkhaqqından iki dəfə çox olacağı gözlənilir. Proses 2027-ci ildən sonra həyata keçiriləcək. 
Şagirdlər üçün üstünlüyü o olacaq ki, dərsdən sonra müəllimlər onlarla məşğul ola biləcək. Bunlar müsbət tərəfləridir. Ancaq burada mənfi tendensiyalar ola bilər. 

Məsələn, bizə tanış olan mənzərələrdən biri odur ki, şagirdin orta məktəbdə adı gedir, ancaq o məktəbə getmir. Yaxud rayon məktəblərində, xüsusilə də ucqar kəndlərdə bu hallar var ki, bəzi müəllimlərin dərsi axırıncı saatlara salınır və heç həmin dərslər keçirilmir. Ancaq zaman-zaman bu aşkarlana bilir. 

Həmin direktorlar cəzasını alır, müəllimlər işdən xaric edilir və yaxud töhmət alırlar. Bu hallar bu gün də var, ancaq çox deyil. Digər tərəfdən, repetitorluğun qazancı daha çoxdur. Ola bilsin ki, müəyyən direktorlar maddiyyat qarşısında müəllimlərə kömək etsin. Saat 14.00-dan sonra desin ki, evə gedə bilərsən”. 

Ekspert deyib ki, burada iki məsələ var:

“Birincisi müəllimin öz vicdanıdır ki, ona ayrılan 8 saatlıq vaxtı məktəbdə olmalıdır. İkinci məsələ isə güclü nəzarət mexanizmidir. Əgər Elm və Təhsil Nazirliyi etimad edib məktəbə direktor qoyursa və həmin direktor bundan sui-istifadə edirsə, bunun üçün ciddi cəza mexanizmi olmalıdır. Əks halda, prosesin sadəcə adı olacaq. Sistematik işlər görülməzsə sui-istifadə halları, boşluqlar yaranacaq, vəziyyət əvvəlkindən daha pis ola bilər”. 

Həmsöhbətimiz deyib ki, əgər sistem qaydalara uyğun şəkildə tətbiq olunarsa, nəzarət mexanizmi güclü olarsa,gözləntilər çox müsbətdir: 

“Əksinə, ciddi nəzarət mexanizmi olmazsa, müəyyən qədər direktorların vəziyyətinə göz yumularsa, direktorlar da müəllimlərə göz yumarsa, problemlər qaçınılmazdır”. 

Repetitorluğun məktəbə “ayaq açmasına” gəldikdə ekspert xatırladıb ki, yeni sistem hələ məcburi olmayacaq: 

“Bu,sertifikasiyadan 51 baldan daha çox toplayanlara təklif olunacaq. Onlar da istəsələr, bu təklifə razı olacaqlar, istəməsələr,olmayacaqlar. Əgər istəməsə, repetitorluğunu davam etdirə biləcək. Ancaq repetitorluğun məktəbə “ayaq açması”nagəldikdə isə nəzərə alaq ki, bu gün Azərbaycan məktəblərində bütün şagirdlər öz müəllimlərinin yanına hazırlığa getmir. 

Nəzərə alsaq ki, yuxarı sinif şagirdləri repetitor yanına daha çox getməyə başlayırlar, müəllim də 8 saat məktəbdədirsə, kənar yerdən uşaq qəbul edə bilməz. Çünki bir hadisə baş verəndə cavabdehlik daşımalıdırlar. Ancaq həmin məktəbin şagirdi müəllimin yanında hazırlaşırsa, bu zaman repetitorluq məktəbə “ayaq açmış” olar. 

Əgər bu nəzarətdənkənar qalarsa, problem yaranar. Əvvəllər məktəblərdə fond pulu var idi. İndi də var, ancaq əvvəlki qədər deyil. Müəllimə seçim veriləcək ki, ya 2 min manat maaşını al, ya öz dərslərin qalsın, ya da məktəb mühitindən uzaqlaş. Bu gün 8 saatlıq iş rejimində minimum əməkhaqqı ilə işləyənlər var. 

Onlar insan deyilmi? Yaxud bəzən deyirlər ki, analar uşaqlarına necə baxacaqlar? Bəs digər sahədə çalışan qadınana deyil? İş saatında müəllimin pul alması korrupsiya faktı hesab olunacaq. 

Burada ciddi cəzalandırma mexanizmi olmalıdır. Ümumiyyətlə, proses nəzarətdən çıxmazsa, konkret nəzarət altında olarsa, müsbət geridönüş olacaq. Repetitorluq azalacaq, valideynlərin pulu repetitora axmayacaq”.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Müəllim repetitor Rizvan Fikrətoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri