Müəllimlər üçün “Evimə yaxın iş” tətbiq olunacaq?
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Evimə yaxın iş” layihəsi çərçivəsində ilkin səhiyyə xidməti göstərən tibb işçilərinə faktiki yaşayış ünvanlarına yaxın tibb müəssisələrində işləmək imkanı yaradılıb. Bu modelin təhsil sektorunda, xüsusilə ümumitəhsil müəssisələrində çalışan müəllimlər üçün də tətbiq olunub-olunmayacağı maraq doğurur.
Mövzu ilə bağlı Təhsil Nazirliyindən Axar.az-a bildirilib ki, müəllimlərin işə qəbulu və yerdəyişməsi zamanı onlar topladıqları bala uyğun olaraq yaşayış yerlərinə yaxın ümumi təhsil müəssisələrini seçə bilirlər.
Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulu və yerdəyişməsi prosesləri müsabiqə qaydalarına əsasən həyata keçirilir. Bu mexanizmin daha da təkmilləşdirilib-təkmilləşdirilməyəcəyi isə gələcəkdə məlum olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















